(2) Standart idarəetmə paneli: Sənaye inqilabının başlanğıcında, xüsusən, altmış və yetmişinci illərdə relelər avtomatlaşdırılmış mexanizmləri istismar etmək üçün istifadə olunurdu və bu relelər idarəetmə panelinin daxilində naqillər ilə birləşdirilirdi. Bəzi hallarda, idarəetmə paneli bütöv divarı əhatə edirdi. Sistemdə xəta aşkarlamaq üçün xüsusən, daha mürəkkəb proses idarəetmə sistemlərində daha çox vaxta ehtiyac var idi. Bundan əlavə, rele kontaktlarının istismar müddəti məhdud idi, buna görə də bəzi relelər dəyişdirilməli idi. Dəyişdirilmə tələb olunduğu təqdirdə, mexanizm və istehsalat da dayandırılmalı idi. Həmçinin, zəruri dəyişikliklər üçün kifayət qədər yer yox idi. İdarəetmə paneli yalnız bir xüsusi proses üçün istifadə olunurdu və yeni sistemin tələblərinə uyğunlaşmaq asan deyildi. Texniki xidmətə gəlincə, elektriklər xətaların aşkarlanması sahəsində çox bacarıqlı olmalı idi. Qısacası, standart idarəetmə panellərinin çox qeyri-elastik olduğu sübut edildi.
• Klassik idarəetmə panelinin çox tez-tez qeyd olunan mənfi cəhətlərinə aşağıdakılar daxildir: Naqillərin birləşdirilməsi üçün həddən çox işin tələb olunması, dəyişikliklər və ya dəyişdirmələr və xətaların aşkarlanması ilə bağlı çətinliklər, bacarıqlı işçi qüvvənin tələb olunması, problem baş verdikdə, saxlama vaxtının qeyri-müəyyən, adətən, uzun olması.
• İdarəetmə panelinin üstünlükləri PLC kontrollerin bir neçəəsas nöqtədə təqdim olunmasına əsaslanır: Standart proses idarəetmə sistemi ilə müqayisədə, birləşmələr üçün tələb olunan naqillərin sayı 80% azaldılır; Sərfiyyat əhəmiyyətli dərəcədə azaldılır, çünki PLC relelər dəstinə nisbətən daha az sərf edir; PLC kontrollerin diaqnostik funksiyaları xətaların sürətlə və asan aşkarlanmasına imkan verir. İstismar ardıcıllığında dəyişiklik və ya PLC kontrollerin fərqli istismar