(1) Proses idarəetmə sistemi: Proses idarəetmə sistemi dayanıqlıq, dəqiqlik təmin edən və istehsalat proseslərində ziyanlı keçid statuslarını aradan qaldıran bir qrup elektron cihazlardan təşkil olunur. İstismar sistemləri enerji təchizatı qurğularından tutmuş mexanizmlərə kimi müxtəlif strukturlara və tətbiqə malik ola bilər. Texnologiya sürətlə inkişaf etdikcə, bir çox mürəkkəb istismar tapşırığı proqramlaşdırılan məntiqi kontrollerləri (PLC) və mərkəzi kompüteri birləşdirməklə həll olunub. Cihazlara (məs: istismar panelləri, mühərriklər, vericilər, açarlar, klapanlar və s.) birləşmədən başqa, nəzarət-ölçü cihazları arasında rabitə imkanları çox böyükdür və istismar və prosesin koordinasiyasının yüksək səviyyəsinə imkan verir. Bundan əlavə, proses idarəetmə sisteminin reallaşdırılmasında daha böyük elastiklik mövcuddur. Proses idarəetmə sisteminin hər bir komplektləşdirici hissəsi ölçüsündən asılı olmayaraq, mühüm rol oynayır. Məsələn, verici olmadan, PLC proses zamanı nə baş verdiyini bilməyəcək. Avtomatlaşdırılmış sistemdə PLC kontrolleri adətən proses idarəetmə sisteminin mərkəzi hissəsi olur. Proqram yaddaşında saxlanılan proqramın icrası ilə PLC davamlı olaraq, giriş cihazlarından göndərilən siqnallar vasitəsilə sistemin vəziyyətinə nəzarət edir. Proqramda tətbiq olunan məntiqə əsasən, PLC çıxış alətləri ilə hansı fəaliyyətlərin icrasının lazım olduğunu müəyyənləşdirir. Daha mürəkkəb prosesləri idarə etmək üçün daha çox PLC kontrollerlərini mərkəzi kompüterə qoşmaq mümkündür.