(2) Prosedur
1. Paneli panel altlığında yerləşdirin.
• Ardıcıl RLC dövrəsi eksperimentləri:
2. Şəkilə uyğun olaraq, Funksional Generatorun çıxışını panelin aşağı sol tərəfində “F” hərifi ilə işarələnən sıxaclara birləşdirin. Funksional Generatoru 20 Khz və 20 Vp-p vəziyyətinə qoyun. Ossiloskopun CH-1 və CH-2-ni panelə qoşun.
3. Ossiloskopu elə tənzimləyin ki, 20KHz siqnalının təxminən iki dövrü ekranda görünsün. Həmçinin giriş kanallarının kalibrə olunmuş vəziyyətdə olmasını, ossiloskopun isə iki girişin faza ölçmələrinin aparılması üçün tənzimləməsini təmin edin.
• Qeydlər: Nəzərə alın ki, ekranda displey zirvə-zirvə vəziyyətində, voltmetrin göstəricisi - RMS dəyərindədir.
4. Rd-ə gərginliyi ölçün və dövrədə İ cərəyanı təyin edin. Həmçinin a-c -də gərginliyi (Ea-c) ölçün. a-c-də tam müqaviməti (impedansı) hesablayın.
Qeydlər: a-c-də impedans = Ea-c gərginliyi/İ. Əgər İ RMS-dədirsə, gərginlik də RMS-də olmalıdır.
5. 4-cü addımdakı Ea-c gərginliyi aşağıda hesablanan dəyərlə müqayisə edin.
Ea-c = EL - Ec
• Qeydlər : Ea-c fa üstə gəl Ec-ə bərabər deyil.
6. Şəkil tezliyin (F) və dövrə cərəyanının (İ) qarşılıqlı asılılığı qrafikini çəkmək üçün təqdim olunur. Tezliyi 10 KHz-dən 100 KHz-dək dəyişdirərək qrafiki çəkin. Cərəyan Rd gərginliyini Rdyə bölməklə təyin olunur. Generatorun çıxışında daxili müqavimətə görə funksional generatorun çıxışı azaldıqda, itkinin əvəzini ödəmək üçün çıxış gücünü artırın.
• Paralel rezonans eksperimentləri.
7. Şəkildə göstərildiyi kimi, funksional generatoru dövrəyə qoşun. Genarotorun çıxışını 20KHz və 20Vp.p vəziyyətinə qoyun. Rd gərginliyi əsasında dövrə cərəyanı İ-ni müəyyən edin.