Elektrotexnika
4. Əsas və nəzarət dövrəsinin rəngini və ölçüsünü fərqləndirin.
5. Detalın ölçüsünə uyğun sahədən istifadə edin.
2. Prosedur
(1) Təqdim olunmuş sxematik dövrə sxemini oxuyun və başa düşün:
1. Materialları zəruri bölmələr üzrə yerləşdirin.
2. Təcrübi dövrə sxemində göstərilən dövrəni qurun.
3. Çeviricini işə salmaq üçün elektrik kabelini qoşun.
4. PB2 və S1 sıxma düyməsinə basın. Nə baş verir?
5. PB5 və S2 sıxma düyməsinə basın. Nə baş verir?
6. PB7 və PB8 sıxma düyməsinə basın. Nə baş verir?
7. Thr1 düyməsinə basın. MC1/MC2/MC3/MC4/MC5 işləməyə davam edir?
(2) Sxematik dövrə sxemində göstərilən müvafiq alətləri və materialları hazırlayın.
1. Testerlə MC, Th, T, X, PL1 düymə ayırıcısının kontakt funksiyasını yoxlayın.
2. Müvafiq alətləri hazırlayın.
(3) Alətlərə qoşulma:
1. Alətləri ölçülərinə uyğun olaraq çertyojda yerləşdirin.
2. Alətlərin üfüqi və şaquli yerləşməsini yoxlayın.
(4) Dövrəyə naqillərin çəkilməsi:
1. Əsas və nəzarət dövrəsinin rəngini və ölçüsünü fərqləndirin (əsas dövrə 2.0 mm ölçülü tək
naqildən, nəzarət dövrəsi 1.6 mm ölçülü tək naqildən istifadə edir).
2. Torpaqlama yaşıl naqildir. Naqil mənbədən yükə istiqamətdə çəkilir.
(5) Elektrik təchizatının əməli yoxlanması.
1. Nəzarət dövrəsini və əsas dövrəni yoxlayın.
2. Terminal və boltun bərkimə vəziyyətini yoxlayın.
3. Həddən artıq cərəyan relesinin cərəyan nizamlama şkalasından istifadə edərək, motorun
müvafiq cərəyan nisbətini nizamlayın.
4. LS1, LS2 çeviricilərindən istifadə edərək, motorun çevirmə sürətini yoxlayın.
(6) Alətləri təmizləyin və səliqəyə salın.