1. “Ulduz” və “Üçbucaq” üç-faza konfiqurasiyalarında aşağıdakı elektrik miqdarlarından tapıla bilənləri işarələyin: Faza gərginliyi, Xətt gərginliyi, Faza cərəyanı, Xətt cərəyanı
1. Hansı dövrədə (ulduz və ya üçbucaq) faza və xətt cərəyanları bərabərdir? Hansı dövrədə (ulduz və ya üçbucaq) faza və xətt gərginlikləri bərabərdir? Hər iki cavabı elə terminlərlə izah edin ki, Elektrotexnikada əsas bilikləri olan hər kəs başa düşə bilsin.
• Ulduz konfiqurasiyası: Iphase = Iline, Vphase Vline ,
• Üçbucaq konfiqurasiyası: Vphase = Vline, Iphase Iline
2. Faza və xətt miqdarları qeyri-bərabər olduqda, daha böyük olanı hansıdır? Sonrakı sual: Kirxhof gərginlik və cərəyan qanunları “ulduz” və “üçbucaq” konfiqurasiyalarında qeyri-bərabər miqdarlar arasında əlaqələri necə izah edir?
• Qeydlər. Tələbələriniz çoxfazalı konfiqurasiyaların hər iki növündə “faza” və “xətt” nəyi ifadə etdiyini bilməlidirlər, xüsusən bu işarələrlə miqdarları ifadə edən düsturlar istifadə olunanda.
1. “Balanslaşdırılmış” çoxfazalı sistem bütün xətt gərginlikləri bir-birinə bərabər və bütün xətt cərəyanları da bir-birinə bərabər olan sistemdir. “Balanslaşdırılmamış” vəziyyətlər adətən qeyri- simmetrik yüklərdən irəli gəlir, lakin ciddi balanssızlığın səbəbi sistemin nasazlığı olur.
• Qeydlər. Tələbələrinizdən üç fazalı sistemlərdən (balanslaşdırılmış və balanslaşdırılmamış) hansı təhlil üçün daha asan olduğunu və bunun nəyə görə belə olmasını soruşun.
3. Balanslaşdırılmış ulduz birləşmə sistemində xətt gərginliyi (Eline) 480 volt olduqda faza gərginliyini (Ephase) hesablayın Ephase = 277 V.
• Qeydlər. Tələbələrin düzgün cavab vermək üçün nə etdiklərini izah etməsi düzgün cavab almaqdan daha vacibdir. Balanslaşdırılmış ulduz birləşmə sistemlərinin əlaqəli faza və xətt gərginliklərinə hansı ümumi hesablama tətbiq edilə bilər?
4. Bu balanslaşdırılmış Üçbucaq -Üçbucaq sistemində bütün gərginlikləri, cərəyanları və ümumi gücü hesablayın:
• Eline = 230 V ,Iline = 7.967 A, Ephase(source) = 230 V, Iphase(source) = 4.6 A
• Ephase(load) = 230 V, Iphase(load) = 4.6 A ,Pv = 3.174 kW
• Qeydlər. Tələbələrizdən bu sualın cavablarına necə gəldiklərini mütləq soruşun. Burada həllin müəyyən edilməsinə başlamaq üçün birdən çox yer və rəqəmlərdən bəzilərini hesablamaq üçün birdən çox üsul var. Tələbələrinizin bu suala necə yanaşdıqları vacib deyil, lakin onların hamısı eyni cavablar əldə etməlidirlər.
5. Bu balanslaşdırılmış Ulduz-Ulduz sistemində bütün gərginlikləri, cərəyanları və ümumi gücü hesablayın: