(8) HMİ tətbiqi proqramları. HMİ müxtəlif sahələrdə istifadə olunur: istehsal qurğuları, ticarət avtomatları, qida, işki, əczaçılıq preparatları və kommunal xidmətlər. Bunların yalnız bir neçə nümunələridir. HMİ-lər və PLC-lər bir qayda olaraq bu sahələr istehsal xəttinin əsasını təşkil edir. HMİ-nin istehsala inteqrasiyası əməliyyatları olduqca yaxşılaşdırıb. HMİ bütün sistemə dispetçer idarəetməsi və məlumatların əldə edilməsinə imkan verir. Belə ki, parametrlər operatorun seçiminə görə dəyişilə bilər. Məsələn, metal istehsalında, HMİ metalın necə kəsildiyi, qatlanmasına və bunu necə tez ediləcəyinə nəzarət edə bilər. HMİ ehtiyatların nəzarəti və yenidən doldurulmasını yaxşılaşdırmaq imkanı verir. Beləliklə satıcılar üçün daha az səfərlər tələb olunur. HMİ-lər tökmə prosesində, sürət, səmərəlilik, səhvlərin aşkar edilməsi və səhvlərin düzəldirilməsi daxil olmaqla, istehsal xəttinin bütün aspektlərinə nəzarət etmək üçün istifadə olunur. Kommunal şirkətlər suyun paylanması və çirkab suların təmizlənməsinə nəzarət üçün HMİ-lərdən istifadə edə bilər.
(9) HMİ-nin üstünlükləri. HMİ-nin ən böyük üstünlüyü qrafik interfeysin istifadəçi üçün rahatlığıdır. Qrafik interfeys tez identifikasiya etməyə imkan verən rəng (məsələn, problem üçün qırmızı) kodlaşmasını təmin edir. Şəkillər və təsvirlər tez tanınma imkanı verərək savadsızlıq problemlərini asanlaşdırır. HMİ məhsul istehsalının dəyərini azalda, potensial olaraq mənfəətliyini artıra və istehsal xərclərini azalda bilər. HMİ qurğuları artıq çox innovativdir. Əvvəlkindən daha yüksək həcmli və interaktiv, daha dəqiq işlənmiş funksiyalara malikdirlər. HMİ-nin təklif etdikləri bəzi üstünlükləri aşağıdakılardır: avadanlıq təminatının proqram təminatına çevrilməsi, siçan, klaviatura ehtiyacının aradan qaldırılması və kinestetik kompüter/insan qarşılıqlı əlaqələrinin təmin edilməsidir.
(10) HMİ-nin PLC-ə nisbətən üstünlüyü. Yalnız PLC-dən istifadəyə nisbətən HMİ-nin üstünlüyü odur ki, onun heç bir çatışmazlığı yoxudur! Yalnız PLC-in istifadəsi heç bir real vaxt əks əlaqəni təmin etmir, siqnalizasiyanı söndürə və ya PLC-i yenidən proqramlaşdırmadan sistemi dəyişə bilmir. HMİ-nin əsas üstünlüyü onun funksionallığıdır; HMİ qəhvə hazırlanması kontrolleri kimi sadə vəzifələr və ya nüvə qurğusunun mürəkkəb idarəetmə bloku üçün istifadə edilə bilər. Hər gün ortaya çıxan yeni HMİ layihələri ilə biz artıq uzaqdan çıxış imkanı verən HMİ-ləri görürük və beləliklə terminala uzaqdan çıxış imkanı təmin edilir. HMİ-nin digər üstünlüyü ondan ibarətdir ki, istifadəçi interfeysini istifadəçi şəxsən tərtib edə bilər.
(11) Rahatlıq. HMİ ilə gələn rahatlıq son dərəcə qiymətlidir; HMİ ilə sistemin rəqəmləşdirilməsi nəticəsində əldə edilən funksionallıq misilsizdir. HMİ avtomatlaşdırma xəttində adətən tapılan bütün idarəetmə xüsusiyyətlərini özündə birləşdirib bir mərkəzləşidirilmiş yerdə yerləşdirir. Beləliklə də, fövqəladə vəsiyyətdə xəttinizi dayandıran qırmızı düyməni basmaq ehtiyacını aradan qaldırır. Uzaqdan çıxışla, istehsala başlamaq/dayandırmaq və ya nəzarət etmək üçün operatorun avtomatlaşma xətti yaxınlığında olmasında ehtiyac yoxdur. Uzaqdan çıxışla operator bütün eyni xüsusiyyətlərlə mərkəzləşdirilmiş blokunuzda, daha kiçik kompakt formada təmin oluna bilər. Sadəlikdə də HMİ-nin rahatlığında böyük bir amildir. Ekranlar və funksiyalar avtomatlaşdırma xəttinə nəzarət etmək üçün asan təmin edir.
(12) İnterfeysin çevikliyi. HMİ-nin ən rahat funksiyalarından biri interfeysin fərdiləşdirilməsi imkanıdır. HMİ çox ekranlı və bir neçə altproqramla işləyən ən mürəkkəb proqramları tam dəstəkləyə bilər. Əgər istifadəçi HMİ-ni daha sadə bir şeylə proqram tərtib etmək istəsə, ona HMİ-də bilavasitə yazılmış kontroller üçün təlimatlar verilə bilər. Hər bir HMİ-nin müxtəlif xüsusiyyətləri var; bəziləri səs, video əks etdirə bilər və ya hətta çıxışın məsafəli idarə edilməsini təmin edə bilər.