(4) HMİ necə seçmək. HMİ çox funksiyalıdır, buna görə də, dəqiq bilmək lazımdır ki, ondan nə tələb olunur. HMİ üç əsas funksiyası üçün istifadə edilir: düymələri əvəz etmə, məlumatları emal etmə və müşahidə etmə. Düymə əvəzedicisi, LED-ləri, On/ Off düymələri, keçiriciləri və ya idarəetmə funksiyasını yerinə yetirən hər hansı bir mexaniki qurğunu əvəz edir. Bu mexaniki qurğuların çıxarılması ona görə mümkündür ki, HMİ bütün eyni funksiyaları yerinə yetirərək, öz LCD ekranında bütün bu vizual təqdim olunmasını təmin edə bilir. Məlumat emalçısı daim əks əlaqə və monitorinq tələb edən proqramlarda istifadə edilir. Çox vaxt məlumat emalçıları böyük həcmli yaddaşlarla təmin edilir. Üç HMİ növlərindən sonuncusu, SCADA və MES ilə işlədiyinə görə, nəzarətçi adlandırılır. Bunlar böyük ərazilərdə yayılan bütün sahələri, böyük sistemlər komplekslərini yoxlayan və idarə edən mərkəzləşdirilmiş sistemlərdir. HMİ, adətən, trend, diaqnostik məlumatlar, idarəetmə məlumatını təmin etmək üçün SCADA sisteminin məlumat bazalarına və proqram təminatı ilə əlaqələndirilir.
(5) HMİ -nin fiziki xüsusiyyətləri. HMİ-nin faktiki fiziki xüsusiyyətləri modeldən, model və istehsalçılar arasında dəyişir. Düzgün seçim etmək vacibdir. Su qurğusunda yerləşən HMİ, əczaçılıq anbarında yerləşən HMİ-dən fərqli olaraq, perimetri ətrafında hidroizolyasiya ola bilər. HMİ-nin faktiki ölçüsü də fərqli ola bilər. HMİ-nin əsas fiziki xüsusiyyətdir, çünki heç də bütün proqramlar üçün böyük, yüksək icazəli monitor tələb olunur. Bəzi proqramlar üçün yalnız kiçik, qara və ağ sensor monitoru tələb olunur. HMİ seçdikdə fi ziki xüsusiyyətlər çox vacibdir, çünki iş mühiti və HMİ-nin özünü qoruması üçün tələb olunan təhlükəsizlik tədbirləri nəzərə alınmaslıdır. Həmçinin, yer məhdudiyyətlərinə görə, xüsusi ölçü tələb oluna bilər. Nəhayət, fiziki xüsusiyyətlər HMİ prosessorunu və yaddaşını ehtiva edir. Prosessorun və yaddaşın imkanlarının sistemin idarə edilməsi üçün, kifayət etməsindən əmin olmaq vacibdir.
(6) HMİ necə işləyir? Əvvəlcə istehsalatı idarəetmə sisteminin işi üçün tələb olunan digər komponentləri nəzərdən keçirin. İstehsal xətti məhsulun istehsalı üçün tələb olunan işi yerinə yetirən bütün avadanlıqlardan ibarətdir. Sonra istilik, sürət, təzyiq, çəki və qidalama sürətinə nəzarət edən müxtəlif giriş/çıxış sensorlarını nəzərdən keçirin. Üçüncüsü, giriş/çıxış sensorlarından məlumatları qəbul edən və məlumatları məntiqi birləşmələrə çevirən proqramlaşdıran məntiqi kontrolleri (programmable logic controller (PLC) seçin.
(7) Hansı proqram təminatını seçmək? Hansı proqram təminatının istifadə ediləcəyini müəyyən etmək üçün üç əsas seçim kateqoriyası mövcuddur: proprietar (patentli), avadanlıqdan müstəqil və açıq proqram təminatı. Proprietar proqram təminatı istehsalçının təmin etdiyi proqramdır, bir qayda olaraq, onun istifadə edilməsi asandır və tez tərtib edilə bilər. Onun çatışmazlığı odur ki, proprietar proqram təminatı yalnız xüsusi avadanlıq platformasında işləyə bilər.