Elektrotexnika
HMİ texnologiyası geniş yayıldığına görə, əlaqəli interfeyslər hərəkət sensorları, klaviaturaları, oxşar perifiriya cihazlarını, söz tanıma interfeyslərini, informasiyanın görmə, səs, istilik, HMİ-nin hissəsi hesab
edilən digər koqnitiv və fiziki rejimləri daxil edə bilər. HMİ texnologiyası müstəqil bir texnoloji
sahə sayılsa da, başqa texnologiyalar üçün adapter kimi istifadə oluna bilər. HMİ-lərin qurulamsının
əsası insanın fiziki, davranış və zehni qabiliyyətlərinin başa düşülməsindən artıq dərəcədə asılıdır.
Başqa sözlə HMİ-lərini əsasında olan prinsipləri erqonomika təşkil edir. İstifadəçinin təcrübəsini və
səmərəliliyini artırmaqdan başqa, HMİ-lər müxtəlif proqramlar, öyrənmə və istirahət üçün xüsusi
imkanlar təmin edə bilər. Əslində, HMİ istifadəçilərə bacarıqların daha tez əldə edilməsində kömək
edir. Yaxşı HMİ xarici qurğularla realistik və təbii qarşılıqlı əlaqələri təmin edə bilir. HMİ-lərin
daxil edilməsinin üstünlükləri arasında səhvlərin azalması, sistem və istifadəçinin səmərəliliyinin
artması, etibarlığın, xidmətin rahatlılığın artması, istifadəçi üçün daha əlverişli, daha rahat olması,
təlim, bacarıq tələblərinin azalması, fiziki, əqli gərginliyin azalması, tapşırıqların azalması, istehsal
və məhsuldarlıqda qənaətin artması qeyd oluna bilər. Sensor ekranlar və membran açarları HMİ-lərin
nümunələri sayıla bilər. HMİ texnologiyası həmçinin virtual və düz ekranlarda, təsvirlərin tanınmasında,
internet, fərdi kompüter çıxışında, elektron qurğular üçün məlumatların daxil edilməsində,
informasiyanın birləşdirilməsində geniş istifadə edilir. GEİA, İSO kimi peşəkar təşkilatlar insan-maşın texnologiyası üçün tətbiq edilən standartlar və qaydaları təqdim edir.
(2) HMİ blok-sxemi. İnsan-Maşın İnterfeysi (Human Machine Interface (HM) adında onun
mənası əks olunur: insanlara və maşınlara qarşılıqlı əlaqə yaratmaq imkanı verən grafik interfeys.
İnsan maşın interfeysləri müxtəlifdir və atom elektrik stansiyalarının idarəetmə panellərindən tutmuş,
İphone ekranına qədər diapazonu əhatə edir. Lakin bu müzakirə üçün biz istehsal tipli proseslər
üçün HMİ idarəetmə panelini nəzərdə tuturuq. HMİ hər kəsin istənilən anda, istənilən məqsədlə
sistemə daxil olması üçün məlumatların reseptləri, hadisələrin qeydiyyatı, videoların verilməsi və
hadisələrin başlanması ilə təchiz edilmiş istehsal xətlərinin mərkəzləşdirilmiş idarəetmə blokudur.
HMİ ilə birləşdirilmiş istehsal xətti üçün, o əvvəlcə Proqramlaşdırılan Məntiqi İdarəetmə (Programmable
Logic Controller (PLC) ilə işləməlidir. Məhz PLC məlumatı sensorlardan alıb Bul cəbrinə
çevririr ki, HMİ onu oxuya və qərar qəbul edə bilsin.
Şəkil 2: HMİ blok-sxemi
(3) HMİ-lərin əsas növləri. HMİ-lərin üç əsas növü var: düymələri əvəz edən, məlumatları
emal edən və müşahidə edən. HMİ yarandıqdan əvvəl idarəetmə müxtəlif əməliyyatları yerinə yetirən
yüzlərlə düymədən və LED-lərdən ibarət ola bilərdi. Düymələri əvəz edən HMİ hər düymənin
funksiyalarını bir yerdə mərkəzləşdirərək istehsal prosesini optimallaşdırıb. Məlumatları emal edən
sistemdən daim əks əlaqə tələb edən proqramlar və istehsalat hesabatlarının çap edilməsi üçün idealdır.
Məlumatları emal edənlə siz HMİ ekranının qrafiklər, vizual təqdimat və istehsal xülasələri kimi materiallar üçün kifayət qədər böyük olmasını təmin etməlisiniz.