Rotor əks istiqamətdə fırlanan maqnit sahəsi vektoruna nisbətən 200% - 0% sürüşür. Cüt tezlik dalğasından fərqli olaraq (bax dönmə momenti sürüşmə əyrisi ilə müqayisədə), kiçik dönmə anı əks istiqamətdə fırlanan vektordan yaranır. Beləliklə, rotor işə salınandan sonra, tək fazalı stator dönmə anı yaradır. Rotor əks istiqamətdə hərəkətə başladıqda, geriyə fırlanan vektorun sürətinə yaxınlaşan eyni böyük dönmə anı yaradacaqdır. Tək fazalı induksiya mühərriklərinin çox qütblü induksiya mühərriklərinə xas olan polad plastinalardan hazırlanan, silindrə daxil edilmiş mis və ya alüminium qısa qapanmış rotorlu qəfəsi var. Digər fikir ondan ibarətdir ki, tək fazalı cərəyanla təsirlənən tək stator, 0o (yuxarıdakı şəkil a) və 180o (şəkil e) döndükdə, iki dəfə üst-üstə düşən, iki bir-birinə əks istiqamətdə fırlanan maqnit sahəsi vektoru yaradır. Vektor 90o və -90o döndükdə, onlar Şəkil b-də ləğv olunur. 45o və -45o bucaqda (şəkil c) +x oxu istiqamətində qismən üst-üstə düşür, y oxunda isə ləğv olunur. Eyni vəziyyət Şəkil d-də mövcuddur. Bu iki vektorun cəmi, məkanda sabit, lakin vaxtla dəyişən qütblü vektordur. Beləliklə, işə salma dönmə anı yaranmır. Lakin, rotor sinxron sürətdən bir qədər az sürətlə irəliyə fırlandıqda, irəliyə fırlanan vektora nisbətən 10% sürüşmə ilə maksimum dönmə anı əmələ gətirir. 10% sürüşmədən yuxarı və ya aşağı vəziyyətdə daha az dönmə anı yaranır.
(2) Daim qoşulmuş kondensatorlu kondensator mühərriki. Tək faza probleminin həllinin bir yolu bir fazadan, 2-fazalı enerji əldə edərək, 2-fazalı mühərrik yaratmaqdır. Bunun üçün vaxt üzrə 90o kənarlaşan, elektrik üzrə 90o ayrılmış, iki dolaqlı mühərrik tələb olunur. Aşağıdakı Şəkildə göstərilən bu motor daim qoşulmuş kondensatorlu kondensator mühərriki adlandırılır.
Mühərrikin sürəti artıqda bu tip mühərrikdə cərəyan maqnitudası artır və tam sürətdə dönmə anı pulsasiyası ilə geriyə vaxt dönməsi baş verir. Bunun həlli itkiləri minimuma endirmək üçün kondensator (impedans) kiçik saxlanılmalıdır. İtkilər ekralanmış qütblü mühərrikdə olduğundan azdır. Bu mühərrikin konfiqurasiyası 1/4 at gücünədək (200 vatt) yaxşı işləyir, lakin adətən daha kiçik mühərriklərə tətbiq olunur. Mühərrikik istiqaməti kondensatorun ardıcıl olaraq digər dolağa qoşulması ilə asanlıqla dəyişilir.