- İndi rotorda induksiya edilən cərəyan həmçinin ətrafında dəyişən sel yaradır. Rotor seli stator selindən geri qalır. Lents qanununa uyğun olaraq, induksiya rotor cərəyanının istiqaməti onun yaranması səbəbinə qarşı meyl göstərəcəkdir.
- Rotor cərəyanının yaranmasının səbəbi fırlanan rotor seli və rotor arasında nisbi sürət olduğu üçün, rotor statorun FMS-nə çatmağa çalışacaqdır. Beləliklə, rotor nisbi sürəti minimuma endirmək üçün, stator seli ilə eyni istiqamətdə fırlanır. Lakin rotor heç vaxt sinxron sürətə çata bilmir. Bu, hər növ, birfazalı və ya 3-fazalı, induksiya (asinxron) mühərrikinin əsas iş prinsipidir.
(3) Sinxron sürət. Fırlanan maqnit sahəsinin fırlanma sürəti sinxron sürət adlandırılır.
burada, f = cərəyan tezliyi, p = qütblərin sayı.
(4) Sürüşmə. Rotor, stator sahəsinin sinxron sürətinə çatmağa çalışır və buna görə fırlanır. Lakin, təcrübədə, rotor heç vaxt ona çatmır. Əgər rotor stator sürətinə çatarsa, stator seli və rotor arasında heç bir nisbi sürət olmaz və buna görə də rotor cərəyanı induksiya edilər və fırlanmanı təmin etmək üçün dönmə anı yaranar. Lakin bu, mühərriki dayandırmayacaq, dönmə anının itməsi səbəbimdən rotorun sürəti azalacaq, nisbi sürət nəticəsində dönmə anı yenə də, əmələ gələcəkdir. Buna görə, rotor həmişə sinxron sürətdən aşağı sürətlə fırlanır. Sinxron sürət (Ns) və rotorun faktiki sürəti (N) arasında fərq sürüşmə adlandırılır.
1. Şəkili çəkin və izah edin. Mühərrikin işə salınması və sürətin idarə edilməsi.
Bəzi induksiya mühərrikləri işə salındıqda 1000%-dən artıq tam yük cərəyanını istifadə edir, lakin bir neçə yüz faiz sərf edənlər daha çoxdur. Bir neçə kilovatlıq və ya daha kiçik mühərriklər elektrik