(3) Özünə-təsirlənən SC Generatorları. Bu generatorların təsirlənmə maqnitləri özlərinin təchiz etdikləri cərəyanla qidalanır. Bu tip maşınlarda təsirlənmə statoru daxilən lövbərlə birləşdirilir. Qalıq maqnetizmə görə, qütblərdə həmişə bir qədər sel mövcud olur. Lövbər döndükdə, müəyyən EHQ induksiya olunur. Bu kiçik cərəyan təsirlənmə statorundan eləcə də, yükdən keçərək qütb selini gücləndirir. Qütb seli gücləndikcə, daha çox lövbər EHQ yaradır, bu isə sahədəki cərəyanın daha da artmasına səbəb olur. Bu artan təsirlənmə cərəyanı lövbər EHQ-i daha da yüksəldir və belə artım hadisəsi təsirləmə nominal dəyərinə çatana kimi davam edir. Təsirlənmə statorunun vəziyyətinə uyğun olaraq, özünə-təsirlənmə SC generatorları aşağıdakı kimi təsnif edilə bilər.
(4) Ardıcıl təsirlənmə generatorları. Bu tip generatorlarda təsirlənmə dolaqları şəkildə göstərildiyi kimi lövbər keçiriciləri ilə ardıcıl birləşdirilir. Beləliklə bütün cərəyan təsirlənmə statorundan və yükdən keçir. Ardıcıl təsirlənmə dolağı bütün yük cərəyanını daşıyır və buna görə, o, nisbətən az burumlu qalın məftildən hazırlanır. Bu səbəbdən, ardıcıl təsirlənmə dolağının elektrik müqaviməti çox azdır (təxminən 0.5Ω). Deyək, Rsc = ardıcıl dolağın müqaviməti, İsc = ardıcıl sahədən keçən cərəyan, Ra = lövbər müqaviməti İa = Lövbər cərəyanı İL = Yük cərəyanı, V = çıxış gərginliyi, Eg = yaranan EHQ,
Yükdəki gərginlik, V=Eg-I(Ia×Ra )
İstehsal olunan güc, Pg=Eg×I
Yükə verilən güc, PL=V×I
Şuntlu təsirlənmə SC generatorları. Bu tip SC generatorlarında təsirlənmə dolaqları şəkildə göstərilən kimi lövbərlə Paralel birləşdirilir. Şuntlu təsirlənmə generatorlarında təsirlənmə dolaqlarındakı gərginlik sıxacdakı gərginliklə eynidir. Rsh= Şunt dolağı müqaviməti, İsh = Şunt sahəsindən keçən cərəyan, Ra = Lövbər müqaviməti, İa = Lövbər cərəyanı, İL = Yük cərəyanını, V = Sıxac gərginliyi, Eg = İstehsal olunan EHQ.