2. Əvvəlcə Om diapazonunu seçin və şəkildə göstərildiyi kimi ölçü sensorunu iki nöqtələrdə yerləşdirin. Analoq ölçü cihazında ölçüdən əvvəl tənzimləyici sıfır Om səviyyəsində yerləşdirilməlidir, rəqəmsal ölçü cihazı isə heç bir kalibrləmə tələb etmir. Rəqəmsal ölçü cihazının LCD displeyində göstərilən nəticə rezistorun dəqiq müqavimət dəyəridir.
3. Rəqəmsal ölçü cihazı həqiqətən bütün təxmini müəyyənləşdirməni aradan qaldırdı. Bununla yanaşı, bir çox rəqəmsal ölçü cihazları avtomatik diapazonludur, bu dəməkdir ki, rezistorun hər hansı bir dəyərini yoxlamaq istəsəniz, rezistoru sınamaq üçün müvafiq diapazona uyğun tənzimləmə tələb olunmur və cihaz avtomatik olaraq sizə nəticə verəcək. Bu vaxta qənaət edir və eyni zamanda dəqiqdir.
4. Əgər sizin təcrübəniz yoxdursa, israrla tövsiyə edirəm ki, bütün rezistorların ayağını (yalnız bir ayağı nəzərdə tuturam) ayırıb, onu rəqəmsal ölçü cihazınız ilə sınayasınız.
Qiymәtlәndirmә standart meyarları | Bәli | Xeyr | T/E |
Tələbə bu modulun tapşırıqlarını yerinə yetirərkən: 1. Cihazın göstəricilərinin necə oxunmasını izah etdi? 2. Rezistor göstəricilərini oxudu? 3. Rezistoru rənglər üzrə təsnif etdi? 4. Elektrik dövrəni tərtib etdi? 5. Rezistorun dəyərini ölçdü? 6. Elektrik rezistorunun işarəsini təyin etdi? |
*T/E (tətbiq edilmədi) – Tələbə təcrübi məşq şəraiti ilə əlaqədar olaraq məşqi yerinə yetirə bilmədi