Enerji bərpa edilərkən starter ayırıcı ətrafındakı saxlama kontaktı hal-hazırda açıq olması səbəbi ilə görə üç məftilli nəzarət üçün birləşdirilən starter avtomatik götürülməyəcək. Enerji kəsilməsi baş verdikdən sonra mühərriki işə salmaq üçün düyməyə basmaq lazımdır. Bu qayda ilə təhlükəsizlik tədbirini təmin edərək əvvəlcədən düşünülmüş hərəkət görmək lazımdır.
(Şəkil 7) Üç məftilli nəzarət
(5) | Əlsiz (əl dəymədən) avtonəzarətlər. Mühərrikin kontrollerinin funksiyasını həm mexaniki, həm də avtomatik olaraq seçmək arzu edilən zaman əlsiz avtomatik ayırıcıdan istifadə edilir. Şəkildə standart vəzifə, üç mövqeli selektor ayırıcısı olan səciyyəvi nəzarət dövrəsini göstərilir. Ayırıcı ƏL (MEXANİKA) vəziyyətinə keçiriləndə M sarğısına davamlı olaraq enerji ötürülür və mühərrik çalışır. AVTOMATİK vəziyyətdə kontakt M sarğısı ilə bağlandıqda mühərrik çalışacaq. Vaxt (zaman) relesi, üzən ayırıcı və ya istənilən növ nəzarət cihazı bu kontakta nəzarət edə bilər. Şəkildə üç mövqeli, ikiqat aralayan (fasiləli) selektor ayırıcı göstərilir. Bu, əvvəlki dövrə kimi eyni qaydada əl ilə idarə edilən və ya avtomatik idarə edilən nəzarət üçün istifadə edilir. |
Hand - əl ilə; auto - avtomatik; two-wire control device -iki məftilli nəzarət dövrəsi
(Şəkil 8) Əlsiz (Əl olmadan) Avtomatik nəzarətlər
• Üç mövqeli, ikiqat aralayan (fasiləli) selektor ayırıcı.