(4) Təcrübələrin proseduru. Qəza siqnallaşdırma dövrəsi.
Qəza siqnallaşdırma dövrəsini təcrübədən keçirtmək üçün xətləri “şəkildə” olduğu kimi birləşdirin.
THR: Termodinamik yük relesi.
R: 30F üçün istifadə edilir.
Burada, “THR”, elektron ayırıcların termodinamik yük relesi kontaktı (c kontaktı) mənasını daşıyır. Əgər daxili bimetalda artıq cərəyan axarsa, ağ plastik ling çölə çıxır. Buna “İlk vəziyyətə qaytarma çubuğu” deyirlər, və əgər yuxarıya doğru basılıbsa “Fırlanma (sönmə) rejimi” olar və əgər aşağıya doğru basılıbsa ilk vəziyyətinə qaytarılır.
Dövrəni yenidən yoxlayın və enerji ayırıcısını yanıq (on) vəziyyətə gətirin.
Xəta siqnalını ilk vəziyyətə qaytarma çubuğu yuxarıya doğru basaraq süni şəkildə həyata keçirdin. Nəticəsi nədir?
(5) Sonrakı (iş bitdikdən sonrakı) suallar
Aşağıdakı lampalar “şəkildə” nə vaxt yanır?
RL (qırmızı işıq)
GL (yaşıl işıq)
“Şəkildəki” Pb düyməsinin rolu nədir?
3. Təcrübəni tamamlayın.
(1) Təcrübədə istifadə edilən kabeli çıxardın.
(2) Cihazların hamısını düzgün və səliqəli şəkildə sahmanlayın.