Təcrübə mərhələləri
1. Aşkarlama dövrəsi.
(1) ) Ön-suallar
Qoruyucu nə üçün məftilə birləşdirilməlidir?
İmpuls yaratma dövrə və siqnal tamamlamasının aşkarlama dövrəsinin istifadələrini nəzərə alın.
• Qısa impuls yaratma dövrəsi
• Uzun impuls yaratma dövrəsi
• Siqnal tamamlamasının aşkarlama dövrəsi
Dövrə məftil sistemində birləşmə prosesi elektrik bağlantı uclarında yerinə yetirilir. (banana jack- banana bənzər yuva). Bunun səbəbi nədir?
(2) Təcrübə mərhələləri. Qısa impuls yaradıcı dövrə.
Qısa impuls yaradıcı dövrəni təcrübədən keçirtmək üçün xətləri Şəkil 4-6- da olduğu kimi birləşdirin.
Saxlayıcı düymə bir dəfə aşağı basıldıqda o vəziyyətdə olmaq üçün davam edən düymə ayırıcıları üçün istifadə edilir. Əgər düymələr ox istiqamətində fırladılarsa, həmin ayırıcılar qaytarılar.
Vaxt tənzimləyicinin qurma vaxtını 5 saniyəyə qurun və düymə ayırıcısını aşağı basın. L lampası dərhal yandımı? Həmçinin, neçə saniyə sonra sönür?
Düymə ayırıcısının düyməsini ox istiqamətində fırladaraq dövrəni qaytarın.
Vaxt tənzimləyicinin qurma vaxtını 1 saniyəyə qurun və düymə ayırıcısını aşağı basın. L lampası dərhal yandımı? Həmçinin, neçə saniyə sonra sönür?
(3) Təcrübə prosedurları. Siqnal tamamlamasının aşkarlama dövrəsi
Siqnal tamamlamasının aşkarlama dövrəsini təcrübədən keçirtmək üçün xətləri Şəkildə olduğu kimi birləşdirin.
Düymə ayırıcısını aşağıya basın. R1 relesi işlək vəziyyətdədirmi?
R2 relesi işlək vəziyyətdədirmi? L lampası yanırmı?