İşin məqsədi: Bu modulu bitirdikdən sonra tələbə:
Təcrübə materialları:
1
|
Cihazlar; |
2
|
Elektrik məftili. |
Avadanlıq və alətlər:
1
|
İş paneli; |
2
|
Alət qutusu. |
Mövzu ilə əlaqəli biliklər
1. İstehsalatda avto proses nəzarət sistemi
(1) | Proses nəzarət sistemi. Proses nəzarət sistemi stabilliyi, düzgünlüyü təmin edən və istehsal proseslərində zərərli keçid vəziyyətlərini aradan qaldıran elektronik cihazlar qrupundan hazırlanır. Enerji təchizat qurğularından maşınlara qədər əməliyyat sistemlərinin müxtəlif tərtibatlar və tətbiqatları var. Texnologiya sürətlə inkişaf etdikcə, çoxlu kompleks istismarla bağlı tapşırıqlar proqramlanabilən məntiqi kontrolyorlar (PLC) və mərkəzi kompüteri birləşdirərək həll edilir. Cihazları birləşmələrdən başqa (məsələn, əməliyyat panelləri, mühərrikləri, sensorları, ayırıcıları, klapanları və s.) alətlər arasında birləşdirmə imkanları elə böyükdür ki, onlar istismarın yüksək səviyyəsinə və proses koordinasiyasına şərait yaradır. Əlavə olaraq proses nəzarət sistemini reallaşdırarkən daha böyük elastiklik mövcuddur. Proses nəzarət panelinin hər bir komponenti ölçüsündən asılı olmadan mühüm rol oynayır. Məsələn, sensorsuz PLC proses müddətində nəyin baş verdiyini bilə bilməz. Avtomatlaşmış sistemdə PLC kontrolyoru adətən proses nəzarət sisteminin mərkəzi sistemidir. |
(Şəkil 1) Proses nəzarət sistemi