(7) Kəməri quraşdırın.
Kəmərin vəziyyətini çertyoja uyğun olaraq seçin.
PE və CD kəməri quraşdırın.
(8) Məftillə bağlama və birləşdirmə
Elektrik qaynağını, mühərrikləri, detektorları və siqnalları nəzarət dövrəsinə uyğun olaraq məftillə bağlayın və birləşdirin.
Bütün elektrik bağlantı uclarını və cihazları məftillə birləşdirin və torpaqla birləşdirmə işini yerinə yetirin.
(9) Yoxlayın və istismar sınağını yerinə yetirin:
Hər bir dövrəni dövrə sınaq cihazı ilə yoxlayın.
Mühərriklər, qızdırıcı və sensora görə istismar sınağı aparın.
(10) Elektrik cihazın sxemi və diaqramı.
(11) İstismar dövrəsi üzrə diaqram.
(12) Tələblər
MCB yanır (işləyir)->selektor ayrıcısı (SS) əl ilə idarə edilən vəziyyətə (H) seçilir->PBI-i basın, sonra Rele X1, PR, FR- ə enerji verin->Mühərrik işə salınır və L1 lampasının işığı yanır. Daha sonra YL lampası və BZ zimmeri bir-birinin ardınca çalışdırılmalıdır və GL lampası söndürülürməlidir (Eyni ardıcıllıq PB2- düyməsinə basılan zaman baş verəcək).
MCB yanır->selektor ayrıcısı (SS) avtomatik vəziyyətdə (A) seçilir->FD1-ni basın, sonra rele X2, PR, FR-yə enerji verin ->mühərrik işə salınır və L2 lampasının işığı yanır, sonra YL lampası və BZ zimmeri bir- birinin ardınca çalışdırılmalıdır. Daha sonra GL lampası söndürülür (Eyni ardıcıllıq FD2- düyməsinə basılan zaman baş verəcək).