11
|
Elektron nöqtəli istilik detektoru. Elektron nöqtəli istilik detektoru istiliyə məruz qalan zaman elektrik müqavimətində qeyd edilmiş dəyişikliyi yaradan bir və ya bir çox istilik müqavimətindən (termistorlarından) ibarətdir. Termistorların qızdırıldığı dərəcə yaranan cərəyan miqdarını müəyyən edir (Şəkil). Temperaturdakı daha böyük dəyişikliklər cərəyanın külli miqdarda axması və qəza siqnal sisteminin aktivləşdirməsi ilə nəticələnir. Daxili termistorların temperaturunun artığı dərəcə (norma) qəza həyəcan siqnalını aktivləşdirmək üçün cərəyanın miqdarını müəyyən edir. |
Electronic Spot-Type Heat Detector - Elektron nöqtəli istilik detektoru;
Power in - Enerji girişi; Power out - Enerji çıxışı; Thermistor - Termistor.
(Şəkil 6) Elektron nöqtəli istilik detektoru
12
|
Tüstü detektorları. Tüstü detektorları erkən aşkarlama, xəbərdarlıq və reaksiya tələblərinə cavab verir. Dempferlər, qapılar, və elektrik dayandırma (mühərrikin) kimi mexaniki və ya elektrik sistemlərini aktivləşdirmək üçün bir neçə detektordan istifadə edilir. Tüstü cihazların iki prinsipial növlərinə təkamül edib: Erkən aşkarlamanı təmin edən və təxliyə (boşaltma) ilə bağlı həyəcan siqnalları işə salmaq üçün həyəcan (qəza) sinqalını geri bildiriş edən detektor. Yuxarıda sözügedən hərəkətlərin birini işə salmaq üçün bir neçə siqnal növünü təmin edən detektor |
13
|
Tüstü həyəcan siqnalları və tüstü detektorları. Tüstü həyəcan siqnalı və tüstü detektoru terminləri bir birlərini əvəz edərək istifadə edilir. Ümumi təcrübə olduğu müddətdə bu texniki cəhətdən səhv adlandırılır. Tüstü həyəcan siqnalları səciyyəvi olaraq yaşayış üçün istifadə edilən məkanlarda quraşdırılan cihazlardır. Bu cihazlar tüstü detektorunu lokal bildiriş qurğusu ilə birləşdirir. Aktiv olanda tüstü həyəcan siqnalları məskunlara tüstünün olması barəsində səsli siqnal verir. Tüstü detektorları tüstü həyəcan siqnallarından elə fərqlənir ki, onlar lokal bildiriş qurğusuna aid olmurlar. Aktivləşən zaman tüstü detektorları FACU (Yanğın Qəza Siqnalı Nəzarət Qurğusuna)-ya və ya bənzər qurğuya siqnal göndərir. FACU daha sonra həyəcan siqnalını məskunları bildiriş etmək üçün işə salır |