İşin məqsədi: Bu modulu bitirdikdən sonra tələbə:
1. PLC proqram təminatını fərdi kompüterdə yükləyərkən 2-dən artıq mülahizələrin növünü
izah edəcək;
2. Fərdi kompüterdə PLC proqram təminatının uğurlu quraşdırılması üçün, PLC prosessor
və strukturunun komponentlərini biləcək.
Təcrübə materialları:
1. Təlimat kitabı;
2. Texniki kitablar.
Avadanlıq və alətlər:
1. PLC avadanlığı;
2. Avadanlığın təlimat kitabçası.
Mövzu ilə əlaqəli biliklər
1. PLC proqram və strukturun quraşdırılması
(1) | PLC çoxsaylı girişləri və çıxış tərtibatları, artmış temperatur diapazonları, elektrik səsə davamlılıq, vibrasiya və zərbəyə müqavimət üçün tərtib edilmiş rəqəmsal kompüterdir. PLC kompüteri real vaxt (gərçək zaman) sisteminin nümunəsidir. |
(2) | PLC kompüterin tarixi. PLC kompüteri 1960-cı illərin sonlarında ictimaiyyətə təqdim edilib. İlk kommersiya məqsədli və uğurlu proqramlaşdırıla bilən Məntiqi Kontrollerlər Modicon tərəfindən General Motors şirkəti üçün rele əvəzedicisi kimi hazırlamış və inkişaf etdirilmişdir. Bu, əvvəllər minlərlə elektron hissəsi olan maşın olub. |
(3) |
Daha sonra, 1970-ci illərin sonlarında mikroprosessor reallığa çevrildi və PLC-nin rolunu əhəmiyyətli dərəcədə dəyişərək, ona təkmilləşmə imkanı verməklə, onu sadə formalı reledən günümüzdə olduğu kimi mürəkkəb sistemə keçməsini təmin etdi. |
(4) | Ümumi PLC kompüter prosessorunun 5 əsas komponentləri: |