İşin məqsədi: Bu modulu bitirdikdən sonra tələbə:
Təcrübə materialları:
1
|
Rezistor; |
2
|
Məftil. |
Avadanlıq və alətlər:
1
|
Elektrik eksperiment qurğusu; |
2
|
Enerji təchizatı. |
Mövzu ilə əlaqədar biliklər
1. Elektrik dövrəsi təlimçisini işlətmək
(1) | Gərginlik: Elektrostatik sahənin olması səbəbi ilə elektrik yükünün iş görmə qabiliyyətidir. Yükün görüldüyü işlər cəzbetmə (çəkmə) və itələmə ilə digər yükə hərəkət etmək kimi müəyyən olunur. Gərginlik əsaslı şəkildə iki nöqtə arasındakı potensial fərq hesab edilir. Analoqlu borunun içərisinə hərəkət edən su ola bilər. Su yüksək təzyiqdəki bir nöqtədən aşağı təzyiqdəki digər nöqtəyə axır. Gərginlik ölçmə vahidi “volt”dur. Gərginlik U simvollu hərf ilə göstərilir. |
(2) | Cərəyan: Cərəyan elektronların hərəkətidir. Pozitiv yükün axın istiqaməti cərəyanın pozitiv istiqaməti kimi müəyyən edilir. Cərəyan üçün simvol I və ölçmə vahidi isə amperdir (A). Bir amper bir saniyədə naqilin en kəsiyindən keçərək yükün bir Kulon hərəkəti kimi hesab edilir. |
(3) | Müqavimət: Müqavimət cərəyan axınına tərs mütənasib olan materialın xüsusiyyətidir. Bu borunun içərisində hərəkət edən suyun miqdarı ilə borunun diametri arasındakı əlaqəyə bənzəyir. Borunun diametri kiçildikcə su təcrübəsi verilən vaxtda daha çox müqavimət göstərir və daha az miqdarda su axır. Müqavimət üçün simvol Rdir və ölçmə vahidi isə Q (Om)-dur. Bir Om cərəyan amperinin naqildə həmin naqilə tətbiq edilən bir voltun potensiyalı ilə axan zaman müqavimət miqdarıdır. Cərəyan, gərginlik və müqavimət arasındakı əlaqə Om qanunu əsasında müəyyən edilir. |
U = R x I...... gərginlik (V), I = U / R.......amper (A) , R = U / I......Om (Q)
DC Input-DC giriş; Load Resistance-yük müqaviməti; Voltmeter-voltmetr;
Switch-ayırıcı (keçirici); Ampere meter-ampermeter.
(Şəkil 1) Elektrik dövrəsi