Hesablamalar nəticəsində sarı, bənövşəyi, qara və qızılı rəngləri ilə ölçdüyünüzü nəzərə alsaq, bu 5% dözümlülüyü olan 47 Om-luq bir rezistordur.
İndi zondları qısaldaraq, analoq ölçəninizi X1 Ohm-a qurun və əqrəbi elə kalibrləyin ki, sıfır Omda qalsın. Ölçmə zondlarınızı şəkildə göstərildiyi kimi rezistorun iki yerinə (nöqtəsinə) yerləşdirin. Rezistorun batareya kimi qütblüyü (müsbət və mənfi) olmadığına görə hansı zondun hansı iki yerinə qoyulması bir əhəmiyyət kəsb etmir.
Əqrəbi müşahidə edərkən 47 om yaxınlığında bir yerə keçməlisiniz. Əqrəb təxminən 47 Om-u göstərir.
47 om rezistoru yoxlayan analoq ölçən
(1-ci şəkil)
Bu əqrəbi hədəfə elə dəydirməyin ki onu geriyə, sıfır oma tənzimləməli olasınız.
Sıfır Om.
Zondları bir yerdə qısaldın və nizamlayıcı ilə tənzimləyin.
Adjuster -nizamlayıcı.
Əgər 15k omluq rezistoru sınqadan keçirmək istəsəniz o zaman daha yüksək dərəcəyə tənzimləyin və nizamlayıcını sıfır oma keçirərək ilk öncə kalibrləyin.
Oradan yalnız düzgünlüyə görə rezistoru yoxlaya bilərsiniz.
Əgər 47 omdan artıq əldə etsəniz 150 om olduğunu söyləyin, bu o deməkdir ki, həmin rezistor müqavimətdə yüksəlib və dəyişdirilməsinə ehtiyac var.
Zondları rezistorun iki nöqtəsi boyunca yerləşdirildikdən sonra heç bir reaksiya göstərməzsə, o zaman biz rezistorun açıq dövrəyə (pis) malik olması nəticəsinə gələ bilərik.
Ölçülən müddətdə rezistorun məftilləri üzərinə bir az daha sərt basmağı unutmayın, əks təqdirdə dəqiq oxuya bilməzsiniz və ya fasiləli oxunma baş verə bilər.
Oxşar şəkildə əgər 15K-lıq rezistoru yoxlasanız iki zondu birlikdə qısaldın və nizamlayıcı (düymə) ilə tənzimləyərək kalibrləyin.