İşin məqsədi: Bu modulu bitirdikdən sonra tələbə:
1. | PB1 düyməsi sıxıldıqda iki yollu fıralanabilən hidravlik mühərrikin 5 saniyədə fırlanmalı olduğunu və PB2 sıxıldıqda isə mühərrikin əks istiqamətdə fırlanmalı olduğunu izah edəcək; |
2. | Hidravlik mühərrik dövrə idarə edilməsini yaxşı işlədə bilmək üçün, taymerdən istifadə etməklə dövrənin vaxt interval əməliyyatını öyrənəcək. |
Təcrübə materialları:
1
|
Hidravlik xortum; |
2
|
Hidravlik yanacaq. |
Avadanlıq və alətlər:
1
|
İkili fəaliyyət göstərən silindr; |
2
|
4 portlu 3 pozisiyalı elektromaqnit klapan; |
3
|
Relyef klapanı; |
4
|
Ölçən tənzimləyici; |
5
|
İki yollu birbaşa axın idarəetmə klapanı; |
6
|
Rele hissə; |
7
|
Təzyiq düyməsi; |
8
|
Siqnalın daxiledilmə düyməsi; |
9
|
DC enerji təminatçısı; |
10
|
Vaxt ötürücü hissə; |
11
|
İş lövhəsi. |
Mövzu ilə əlaqəli biliklər
1. Hidravlik mühərriklər
(1) | Hidravlik mühərrik. Hidravlik mühərrik hidravlik mayenin hidravlik enerjisini mexaniki enerjiyə çevirib dönmə hərəkətinə çevirən aktuatordur. Onun strukturu hidravlik nasosla çox oxşardır, amma funksiyaları tamamilə fərqlidir. Əgər təzyiq olunan mayelər hidravlik nasosun girişinə çatdırılırsa, nasos hidravlik mühərrik kimi çıxış edə bilər. Lakin bu cür hidravlik mühərriklərin səmərəliliyi az olduğu üçün hidravlik nasosdan hidravlik mühərrik kimi istifadə etmirik. Maye təzyiqini idarə edərkən, hidravlik mühərrik çıxış torkunu idarə edə bilər. Həm də mühərrikdə axın sürətini idarə edərkən, fırlama sayı durmadan idarə edilə bilər və ya tərs fırlama edə bilər. |
(2) | Növlər. Hidravlik mühərrikin növləri şəkil 1-də göstərildiyi kimi sinifləndirilə bilər. |