İşin məqsədi: Bu modulu bitirdikdən sonra tələbə:
Təcrübə materialları:
1
|
Boru; |
2
|
Sıxılmış hava. |
Avadanlıq və alətlər:
1
|
İkitərəfli silindr; |
2
|
Təktərəfli 5/2 elektron klapan; |
3
|
Sıxma düymələri; |
4
|
Relelər; |
5
|
Limit açarları; |
6
|
DC enerji təminatı; |
7
|
Genişləndirmə kodu; |
8
|
Hava kompressoru nəzarət bölməsi; |
9
|
İş taxtası. |
Mövzu ilə əlaqəli biliklər
1. Ardıcıl əməliyyat dövrəsi
(1) | Pnevmatik silindr, mühərrik, elektron sıxac, elektron əyləc, elektromaqnit mexanizm və özündə ehtiva edən avtomatlaşdırma sistemi məqsədinə uyğun olaraq bir sıra aktuatorlarla (icraedici mexanizm) işi yerinə yetirir. Eyni şəkildə, planlaşdırılan ardıcıllığa uyğun olaraq yerinə yetirilən proses ardıcıl idarəetmə və ya sıra ilə idarəetmə adlanır. Ardıcıl dövrə aktuatorun cari işinin tamamlanmasını detektorla müəyyən etdikdə növbəti mərhələyə keçmə sırasını və konkret zaman kəsiyində növbəti mərhələyə keçidinə nəzarət üzrə təsnif edilir. Bununla yanaşı, avtomatlaşdılmış dəzgahlarda fəaliyyət göstərən istehsalçılardan bəziləri ardıcıllığa nəzarət edir. Bunun səbəbi isə işin hər bir mərhələsinin taymer ilə təyin olunmasıdır. Taymer çox yavaş gedərsə, bu istehsal sürətinə təsir edəcəkdir. Taymer çox sürətlə gedərsə, işin hər bir mərhələsində çəkilmiş vaxt qüsurlara və çətinliklərə səbəb olacaqdır. Silindrləri ardıcıl olaraq idarə etmək üçün, dövrə dizaynında 2 yol vardır. Onlardan biri sistemli, etibarlı və güvənli olan mütəşəkkil göstərişlərə uyğun bir dövrə qurmaqdır. Digəri isə sizin təcrübənizə əsaslanan intuisiyanızla çəkdiyiniz dövrə vardır. Bu sabit dövrə gətirib çıxara bilər, ancaq o kompleks olduğundan çox vaxt və təcrübə tələb edir. |
(2) | Əsas dövrə bloklamasından istifadə edən dövrənin dizaynı. Əsas dövrənin bloklanması, adından da göründüyü kimi elektromaqnit mexanizmdə əsas dövrəyə geri dönən dönüş siqnalının bağlanmasıdır. Şəkil 1-də göstərilən dövrə pnevmatik dövrə kimi aktuatoru birtərəfli elektron klapan idarə edən bir formasıdır. Yəni pnevmatik silindri birtərəfli elektron klapan ilə idarə etmək üçün, əvvəlcə elektromaqnit mexanizmdə ötürücünün kontaktı ilə cərəyan keçməsinə imkan verib, ötürücünü söndürsəniz, klapan daxili yay ilə arxaya öz orijinal mövqeyinə itələnəcəkdir. |