SD (Saxlanılmış və vaxtı gecikmiş): Həmin addım başlayan zaman gecikmə vaxt relesini
işə salır - gecikmə vaxtından sonra hərəkət işə düşür və yenidən qurulana qədər davam
edir (addımın aktiv və deaktiv olmasına baxmayaraq). Əgər həmin addım deaktiv olarsa və
ya yenidən qurma gecikmə vaxtı ərzində aktivləşərsə, hərəkət başlamır.
Step connected by SD - SD vasitəsi ilə birləşdirilən addım
Step connected by R - R vasitəsi ilə birləşdirilən addım
Action - Hərəkət
(Şəkil 11) SD, R vasitəsi ilə birləşdirilən addım
DS (gecikmiş və saxlanılmış): Həmin addım başlayan zaman gecikmə vaxt relesini işə
salır - gecikmə vaxtından sonra hərəkət işə düşür (əgər addım hələ də aktivdirsə) və R
təsnifatlandırıcı vasitəsi ilə yenidən qurulana qədər davam edir. Əgər həmin addım
deaktiv olarsa və ya yenidən qurma yubanma vaxtı ərzində aktivləşərsə, hərəkət başlamır.