Kommunal xidmət müəssisələri su paylanması və çirkab su emalına nəzarət etmək üçün HMI-lərdən (İnsan-maşın interfeysləri) istifadə edə bilər.
(8) HMI-lərin üstünlükləri. HMI-nin (İnsan-Maşın İnterfeysləri) ən böyük üstünlüyü qrafik interfeysin istifadəçi üçün rahatlığıdır. Qrafik interfeysə asanlıqla müəyyənləşdirməyə imkan verən rəng kodlaşdırması daxildir (məsələn, yaranmış problem üçün qırmızı). Şəkil və nişanlar sürətli tanımağa, savadsızlığın problemlərini asanlaşdırmağa imkan verir. HMI (İnsan-maşın interfeysləri) məhsul istehsalının xərcini azalda bilir və gəlir səviyyəsini əsaslı şəkildə artıra və istehsal xərclərini azalda bilər. HMI cihazları indi çox qabaqcıl, daha yüksək qabiliyyət və həmişəkindən daha çox interaktiv, dəqiq funksiyalara malikdir. HMI-nin (İnsan-maşın interfeysləri) təklif etdiyi bəzi texnoloji üstünlüklər: Avadanlığın proqrama çevrilməsi, maus və klaviaturaya olan ehtiyacın aradan qaldırılması və kinestetik kompüter insan əlaqəsinə imkan verməkdir. HMİ-nin tək PLC üzərində üstünlüyü. HMI-dan yalnız PLC üzərində istifadə edilməsi üstünlüyündə fakt odur ki, onların heç bir çatışmayan cəhət yoxdur. Yalnız PLC-dən istifadə edilməsi hər hansı real vaxtda reaksiya verməyəcək, həyəcan siqnallarını söndürə bilmir və PLC-ni yenidən proqramlaşdırmadan sistemə dəyişiklik edə bilmir. HMI (İnsan-maşın interfeysi) üçün əsas üstünlük onun funksionallığıdır. HMI (İnsan-maşın interfeysi) kofe bişirən nəzarətçi və ya nüvə zavodunun müasir nəzarət bloku kimi sadə tapşırıqlar üçün istifadə edilə bilər. Hər gün meydana gələn yeni HMI dizaynları ilə biz indi uzaq məsafədən giriş təklif edən, kənarda olduqda terminal girişə imkan verən HMI-ləri görürük. HMI-nin (İnsan-maşın interfeysi) digər üstünlüyü odur ki, istifadəçi şəxsən istifadəçi interfeysindən istifadə edə bilər.
(9) Rahatlıq. HMI (İnsan-maşın interfeysi) ilə gələn əlverişlilik çox dəyərlidir. HMI ilə sistemi rəqəmsallaşdırmaqla əldə olunan funksionallıq idealdır. HMI (İnsan-maşın interfeysi) səciyyəvi olaraq avtomatlaşma xətti ilə tapılan bütün nəzarət xüsusiyyətlərini birləşdirir və qəza vəziyyətində sizin xəttinizi dayandıracaq qırmızı düyməyə qaçmaq ehtiyacını aradan qaldırmaqla onları bir mərkəzləşmiş yerdə yerləşdirir. Uzaq məsafədən girişlə operatordan istehsala başlamaq/dayandırmaq və ya nəzarət etmək üçün haradasa avtomatlaşma xəttinin yanında olması tələb edilmir. Uzaq məsafədən girişlə operator mərkəzləşdirilmiş blokunuzda daha yığcam şəkildə bütün eyni xüsusiyyətlərə malik ola bilər. Sadəlik də HMI-nin (İnsan- maşın interfeysi) istifadə qabiliyyətində böyük amildir. Ekran və funksiyalar avtomatlaşma xəttinə nəzarət etmək üçün asan təlimlə təmin edir.
(10) İntefeysin dəyişkənliyi. HMI-nin (İnsan-maşın interfeysi) ən uyğun xüusiyyətlərindən biri interfeysi fərdiləşdirmək qabiliyyətidir. HMI çoxsaylı ekran və bir neçə işləyən proqramla ən mürəkkəb tətbiqləri tam şəkildə dəstəkləyə bilər. İstifadəçi HMI-ni daha sadə bir şeylə proqramlaşdırmağı planlaşdırırsa, nəzarətçi üçün HMI-ya yazılmış təlimat verə bilər. Hər bir HMI (İnsan-maşın intefeysi) müxtəlif xüsusiyyətlərlə gəlir. Bəziləri səs çıxarda, video göstərə və ya hətta uzaqdan idarəetməyə malik ola bilər. Həqiqi interfeysin dizaynı səciyyəvi istifadəçinin bütün bacarıqlarını eləcə də səs, işıqlandırma, toz, görünüş və texnoloji qövslər kimi ekoloji aspektləri nəzərə almaqla xüsusi tətbiqlər üçün optimallaşdırıla bilər. HMI/PLC Birləşməsi. PLC çoxpilləli məntiq olmadan necə idarə oluna bilər? HMI (İnsan- maşın interfeysi) PLC-nin gəldiyi standart proqramı necə əvəz edir? Çoxpilləli məntiq sadə şərti proqramlaşdırmadır. Məsələn, əgər giriş 1 enerji ilə təchiz edilmişdirsə, onda sarğı (bobin) işə düşəcək. İcra olunacaq nəticə üçün bəyanat doğru olmalıdır. Eyni şeyə C proqramlaşdırma ilə də nail olmaq olar. Lakin PLC-ni lazımi şəkildə idarə etməyə HMI-ni proqramlaşdırmaq üçün PLC-in bütün reyestrləri məlum olmalıdır. PLC-nin HMI vasitəsilə necə proqramlaşdırılmasını öyrənmək üçün yaxşı üsul əvvəlcə PLC və onun gəldiyi proqramla işə başlamaqdır. Bu PLC-nin HMI olmadan necə idarə edilməsini anlamağa kömək edir. İstifadəçi iki bloku bir-biri ilə birləşdirməyə hazır olduqda həmin bilgi asanlıqla ötürüləcək. Əgər PLC- dən artıq istifadə edilirsə, HMI-nin (İnsan-maşın interfeysləri) sistemə naqillə birləşdirilməsi asan tapşırıq ola bilər. Bu birləşmə HMI və PLC arasında USB, RS-232, RS-485 əlaqəsi kimi sadə ola bilər. Bəzi hallarda hər iki blok əlaqəni hətta daha asan etməklə naqilsiz xüsusiyyətlərlə təchiz edilir.