1. Yanacaq Doldurma Nasosu
(1) Birbaşa yüksək təzyiqli püskürmə nasosu üzərində quraşdırılmış və yüksək təzyiqli püskürmə
nasosunun paylayıcı valı üzərində ekssentrik yumruq vasitəsilə mexaniki olaraq fəaliyyət
göstərən qurğu
(2) Yanacaq çənindən yanacaq doldurmaq və onu süzgəc vasitəsilə yüksək təzyiqli püskürmə
nasosunun aşağı dərəcəli hissəsinə ötürmək.
Şəkil 11- 2: Doldurma nasosu və yanacaq süzgəci (sferikl)
(3) Yanacaq nasosunun verilmə təzyiqi, təxminən 2~3kqq /sm2.
(4) Doldurma nasosu, püskürmə nasosunun gövdəsi üzərinə montaj edilir və püskürmə nasosunun
paylayıcı valı vasitəsilə idarə olunur. Nasosla bağlı təlimatda olduğu kimi, mühərrik
dayandığı zaman yanacaq çənindəki yanacaq, yanacaq püskürmə nasosuna ötürülür və ya
hava vasitəsilə yanacaq kəmərinə buraxılır.
(5) Yanacaq kəmərində hava olduqda dizel tərkibli mühərriklər işə salınmamalıdır. Odur ki,
doldurma nasosu hərəkətə gətirilməli və havanın boşaldılması “yanacaq nasosu, yanacaq
süzgəci, püskürmə nasosu” qaydasında olmalıdır.
2. Yanacaq Süzgəci
(1) Bu, avtomobilə verilən yanacağın tərkibindəki toz və su kimi zərərli qarışıqları təmizləyir
və mühərriki təmiz yanacaqla təmin edir.
(2) İnjektorlara xarici maddələrin qarışması səbəbi ilə yanacaq süzgəci, nasos ucluqları kimi
(plunjerin yeyilməsinin və forsunka deşiyinin tutulmasının qarşısını alır) yanacaq qurğularının
funksiyasının pisləşməsinin qarşısını alır.
(3) Bu, mühərrikin ömrünü uzadır və yanacağın tamamilə yanması ilə atmosfer vəziyyətinin
yaxşılaşmasına kömək edir.
(4) Yanacaq süzgəcinin fəaliyyəti, 0.01 mm və ya daha artıq ölçüdəki zərərli qarışıqları süzməkdən
ibarət olmalıdır.
Şəkil 11-3: Yanacaq süzgəci (yeni növ)