AVTOMOBIL
Mühərrikin əsas cəhətləri mühərrikin gücü və fırlanma momenti kimi iki əsas faktorla təqdim olunub. Bir qayda olaraq, mühərrikin məhsuldarlığının ən vacib elementi, həmçinin at gücü (a.g.) adlanan səmərəliliyidir (güc). At gücü müəyyən vaxt ərzində görülən iş həcmini bildirən işin effektivliyidir.
Bu anlayış İngiltərədə buxar mühərrikini kəşf etmiş Ceyms Vatt tərəfindən irəli sürülmüşdür. Bir at gücü (a.g.) 75kq-ı bir saniyə ərzində 1 metr məsafəyə dartmaq üçün lazım olan gücdür (Şəkil EN01-7).
At gücü üçün ən çox istifadə olunan ixtisar Alman sözü “Pferdestärke”-dən götürülmüş PS-dir. Mühərrikin gücü hal-hazırda kVt ilə göstərilir. Beynəlxalq vahidlər sistemində BS-də, Vt-ı (vatt) təmsil edən PS təqribən 735,4 Vt-dır. Beləliklə, 100PS 73,5 kVt və ya 100 kVt 136PS-dir. Bəzən siz texniki təfsilatda kVt/rpm vahidindən əvvəl yazılmış (Net) və ya (Gross) kimi əlavə sözlərlə qarşılaşırsınız. Gross dəyəri mühərrik avtomobildən çıxarıldığı zaman mühərrikin təmiz gücüdür, Net dəyəri isə mühərrikin avtomobilə quraşdırıldığı zaman gücüdür. Benzin mühərriki üçün Net dəyəri Gross dəyərdən 15% azdır. Bu, ötürülmə qutusunun, şinlərin və s.-in sürtünmə qüvvəsinə görə baş verir. Əgər heç bir bildiriş yoxdursa, o zaman böyük dəyər Gross olacaq. Mühərrikin gücü bu zamanın funksiyasıdır. Mühərrikin gücü rmp-ə mütənasib olaraq artacaqdır, çünki zaman ərzində rmp yüksələrsə, işin miqdarı artar. Lakin müəyyən dəyərdən yuxarı fırlana bilməyən dinamik hissələrə görə rpm-də və güc səmərəliliyində məhdudiyyətlər var. Buna görə də, maksimal səmərəlilik gücü rmp ilə işarə olunur, məsələn: 6000 rpm-də 100kVt.
Fırlanma momenti özlüyündə bolt, şin, dirsəkli val və s. kimi fırlanma komponentinə tətbiq