Şəkil 09-1: BBP yanacaq qurğusunun konfiqurasiyası
Nəqliyyat vasitəsində yanacağa qənaəti artırmaq məqsədilə detonasiya xüsusiyyətinin güclənməsi,
kompressiya nisbətinin artması ilə qismən yüklənmiş yanacaq effektivliyini və fəaliyyəti
artırır. İşəsalma müddətində, yanacaq birbaşa sıxma taktına püskürdülür və yanacaq alışma
şamının (təbəqələşmə yaranır) ətrafında toplanır və yandırılır belə ki, bu, işəsalma zamanı
yanacaq sərfini azaltmaq məqsədilə layihələşdirilmişdir. İşlənmiş qazı azaltmaq məqsədilə
katalizatorun aktivləşdirmə (qapalı) müddətini qısaldıb ilkin işlənmiş qazların temperaturunu
artırmaqla, eləcə də işəsalmadan dərhal sonra bölünmüş püskürməni yerinə yetirib alışdırma
müddətinə nəzarət etməklə, zərərli işlənmiş qazları azaltmaq mümkündür.
2. Birbaşa benzin püskürmə mühərrikinin işləmə qaydası:
stokiometrik hava-yanacaq nisbətindən çox yüksək olan 30-40: 1-luq hava-yanacaq nisbətində
ultra zəif yanma prosesinə imkan yaratmaq məqsədilə, yanma kamerasındakı qarışıq alışma
şamının ətraf hissəsində konsentrasiya olunmalıdır ki, tozlandırılmasın.
3. BBP Yanacaq Sistemi:
Yanacağın verilməsi “yanacaq çəni → aşağı təzyiqli nasos → yüksək təzyiqli nasos → yanacaq
zolağı → yüksək təzyiqli injektor” prosesi sırasıyla təmin olunur.
(1) Yüksək Təzyiqli Yanacaq Nasosu
Yüksək təzyiqli yanacaq nasosu, benzinin birbaşa balona püskürdülməsi üçün lazım olan
ultra-yüksək təzyiqi generasiya edir. Sıxma müddəti ərzində yanacağın tozlandırılması,
güclü püskürmə qüvvəsi tələb edir ki, silindr daxili yüksək təzyiqi aradan qaldırsın və
yanacağı bərabər şəkildə yaysın.
Şəkil 09-2: Yüksək təzyiqli yanacaq nasosu və yanacaq təzyiqi üzrə tənzimləyici