Mühərrik
Daxili yanma mühərriklərinin müxtəlif növləri var. Dizel mühərrikləri bu növlərdən biridir. Benzin mühərrikləri isə bunların başqa bir formasıdır. Hər birinin üstünlükləri və çatışmazlıqları var.
Köhnəlmiş qatarlar və buxar qayıqlarındakı buxar mühərriki xarici yanma mühərrikinə çox yaxşı nümunədir. Buxar mühərrikində yanacaq (kömür, odun, neft, istənilən hər şey) mühərrikin xaricində yanaraq, buxar yaradır və bu buxar mühərrik daxilində hərəkət yaradır.
DAXİLİ YANMA
Yanacaq
|
Hava
|
Hava/yanacaq qarışımı
|
Sorma taktı
|
Sıxılma taktı
|
Alışma
|
Yanma
|
Daxili yanma xarici yanmadan daha effektlidir (hər milə daha az yanacaq istifadə edir), üstəlik, daxili yanma mühərriki ona ekvivalent olan xarici mühərrikdən daha kiçikdir.
Daxili yanmaya aid ən yaxşı nümunə azadlıq uğrunda aparılan müharibədəki toplardır. Yəqin ki, siz əsgərlərin topu barıt və top mərmisi ilə doldurduqlarını və onu yandırdıqlarını görmüsünüz. Yaranan istilik və qazlar top mərmisini lülədən çox böyük sürətlə çölə itələyirlər.
İstənilən porşenli-hərəkətli daxili yanma mühərriklərinin təməlində istifadə edilən qayda ilə, topun istifadəsindəki əsas qayda eynidir: Əgər siz az miqdarda yüksək enerjili yanacağı (benzin kimi) kiçik bir qapalı məkana qoyub yandırsanız, enerji genişlənən qaz şəklində ayrılacaq (Şəkil 01-2).
Porşenli mühərriklər iki növə ayrılır: 2 taktlı və 4 taktlı. Porşenli mühərrikin prinsipi ondan ibarətdir ki, hava ilə benzinin qarışığı silindrin içinə püskürdülür, qarışıq yanır, yanma qüvvəsi porşeni əks istiqamətdə hərəkətə gətirir, əks hərəkət isə dirsəkli val vasitəsilə fırlanma hərəkətinə dəyişir. Demək olar ki, hal-hazırda bütün maşınlar yanacağı hərəkətə çevirməkdən ötrü 4 taktlı yanma dövründən istifadə edir. 4 taktlı işçi dövr, həmçinin onu 1867-ci ildə kəşf edən Nikolaus Ottonun şərəfinə Otto dövrü (Şəkil 01-3) kimi də məşhurdur. Qrafikin üfüqi oxu özlüyündə yanma kamerası daxilində təzyiqi, şaquli ox isə yanma kamerasının həcmini təqdim edir.