7. Turbo Şarj Sistemi haqqında Məlumat
İşin məqsədi: Bu modulu bitirdikdən sonra tələbə:
1. Mühərrik turbo şarj sisteminin adını və quruluşunu, eləcə də iş və sınaq motoru vasitəsilə
fəaliyyət prinsiplərini izah edəcək;
2. Mühərrik turbo şarj sistemini ustalıqla yoxlamaq/dəyişdirməyi bacaracaq;
3. Avtomobil turbo şarj mühərriklə bağlı şərtləri doğru şəkildə sınaqdan keçirməyi biləcək.
Təcrübə materialları:
• Müştəri razılaşması, iş prosesi diaqramı, texniki xidmət prosesində baxış üzrə hesabat,
qiymətləndirmə,
hər bir nəqliyyat vasitəsi üzrə texniki xidmət.
Avadanlıq və alətlər:
• Hava alətləri, əl alətləri, hissələrə ayırmaq və quraşdırmaq üçün dinamometrik açar kimi
xüsusi alətlər, təhlükəsizlikdən qoruma avadanlıqları, çilingər işi, təmizləmə avadanlıqları.
• Təhlükəsizlik və ehtiyat tədbirləri:
• Tətbiqə başlamazdan qabaq təlim ardıcıllığını müəyyənləşdirin və təlim avadanlıqlarını,
alətləri, texniki təlimatları və materialları hərtərəfli yoxlayın.
• Təlimə başlamazdan qabaq təlim təhlükəsizliyini təmin edin, yanğın hadisələrinə qarşı hazır
olmaq üçün yanğın söndürmə qurğusunu hazırlayın və yanğın təhlükəsinin qarşısını almaq
üçün neft kimi yanan maddələri ayrıca təhlükəsiz bir yerdə saxlayın.
• Praktikaya başlamazdan əvvəl praktika sahəsindəki qurğuları qaydaya salın və tətbiqə keçin.
• Təlim zamanı müvafiq vasitələrdən istifadə edin və tətbiq zamanı yanğına qarşı diqqətli olun
və təhlükəsizliyinizi qoruyun.
• Bolt və qaykaları bərkidərkən, həddindən artıq güc sərf etməyin, sadəcə göstərilən burucu
momentlə sıxın.
Təcrübə mərhələləri
1. Sıra ilə kompressorla əlaqəli hissələri çıxardın və dəyişdirin.
Ayırmaq üçün texniki xidmət kitabçasına baxın və kompressorla əlaqəli hissələri
birləşdirin və
həmin prosesi raportda qeyd edin.
1. Çıxarmaq
(1) Buraxma kollektorunun A istilik
qoruyucusunu çıxardın.
|
Şəkil 07-1: Buraxma kollektorunun
istilik qoruyucusu
|