İşin məqsədi: Bu modulu bitirdikdən sonra tələbə:
1. Avtomobilə astar vurulmasının funksiyasını izah edə biləcək;
2. Astar vura biləcək.
Təcrübə materialları:
- Döşəkcə (lövhə), bamperlər, reaktiv astar (iki hissəli tipi), bərkidici vasitə, plastik astar,
yumşaq pambıq əsgi, aralıq yastıqça, P600 abraziv kağız, süngər abraziv kağız, filtr kağızı,
plastik stəkan, stəkan tutacaq, həllediciyə davamlı əlcək, maskalar və ya respiratorlar,
təhlükəsizlik eynəyi.
Avadanlıq və alətlər:
-
Boyama kabinələri, hava ilə təchizat (kompressorlar, hava çənləri, hava quruducular, hava
transformatorları, hava boruları və rezin hava boruları), lövhəni saxlayan dayaqlar, astar
püskürən tapança, püskürtmə tapançasının qarmaqları, ikili hərəkətli cilalama dəzgahı, tozsoran
qurğu
Təcrübə təhlükəsizliyi və ehtiyat tədbirləri:
- İşə başlamazdan əvvəl həmişə təhlükəsizlik geyimi geyinin.
- Material Təhlükəsizliyi üzrə Məlumat Vərəqəsini (MTMV) öyrənin və təsdiq edin.
- Məhsulun konteynerində qeyd edilən təhlükə işarələrini və xəbərdarlıqları oxuduğunuzdan
və başa düşdüyünüzdən əmin olun.
- Boya istifadədən əvvəl yaxşıca qarışdırılmalıdır və təhlükəsizlik məqsədilə yaxşı havalandırılmış
yerdə istifadə edilməlidir.
- Xidmət müddətini başa vurmuş heç bir boyadan istifadə etməyin və ya boyanın yapışqanlığı
azaltmaq üçün heç bir durulducu ilə qarışdırmayın.
- Bərkidici vasitənin yaxşı həll olmadığı üçün boyaları orijinal boya konteynerində bərkidici
vasitələrlə qarışdırmayın.
- Əməliyyata başlamazdan əvvəl kompressorun normal fəaliyyət göstərdiyini yoxlayın və
hava çənindəki, hava ilə qurutma qurğusundakı və hava transformatorundakı rütubəti və
yağı təmizləyin.
- Hava alətlərindən istifadə edildikdə, hava transformatorunun nominal hava təzyiqi 6 kq/sm2
olur.
- Avtomobili təmir edərkən boyayan tərəfindən hazırlanmış texniki məlumat vərəqəsinə
(TMV) istinad edin.
- Kompressordakı rütubəti aradan qaldırın və praktikadan sonra avadanlıq və alətləri səliqə
ilə yığın.
Əməliyyatların yerinə yetirilmə ardıcıllığı:
1. Təsirə məruz qalmış polad lövhəyə iki hissəli reaktiv astarın çəkilməsi
- Qoruyucu paltarlar, qoruyucu eynəklər və həllediciyə davamlı əlcəklər kimi təhlükəsizlik
geyimləri geyinin.
- Yağsızlaşdırılmış paneldə reaktiv astarı boya və bərkidici maddə ilə qarışdıraraq hazırlayın.