Nəqliyyat vasitəsinin boyanması
(A)
|
Ayırıcı maddənin tətbiqindən əvvəl, ayırıcı maddənin köhnə qata nüfuz etməsini
sürətləndirmək üçün köhnə qatın səthi P80 nömrəli abraziv kağızla cilalanır.
|
(B)
|
Ayırıcı maddənin tətbiqindən sonra, ayırıcı maddənin nüfuz etməsini sürətləndirmək
üçün onu su və ya suda isladılmış vinil ilə örtün.
|
(4)
|
10-15 dəqiqə havada qoyun, köhnə qat şişənə qədər gözləyin və qaşıyıcı alətlə köhnə qatı
kənarlaşdırın. Bu müddət ərzində həddən artıq güc tətbiq etməklə səthi zədələməyin və
ya əyməyin.
|
(5)
|
İlkin boyama zamanı işə avtomobilin kuzasının dam örtüyü kimi geniş sahələrdən
başlayın və mümkün olduqda, köhnə qatı iki dəfə bütünlüklə kənarlaşdırın.
|
(6)
|
Köhnə qatı kənarlaşdırdıqdan sonra, üzlüyü kənarlaşdırın və yağsızlaşdırıcı vasitədən
istifadə etməklə tətbiq olunmuş xarici maddələri tam şəkildə qaşıyıb çıxarın.
|