(19)
|
Panelin geniş səthi sancaq qaynağı
ilə dartılarkən, dartma cihazını
yüngülcə tam şəkildə hərəkətə gətirin
və yalnız əlinizin və biləyinizin
gücü ilə paneli çölə doğru dartın.
|
|
Şəkil 05-19: Əl və biləklə düzəltmə
|
(20)
|
Sancaqla bərpa işi müəyyən qədər
başa çatdıqdan sonra, orbital cilalayıcı
ilə panelin bütün səthlərini
cilalayın.
|
|
Şəkil 05-20: Cilalama işi
|
(21)
|
Düzəlmiş hissələri orbital cilalayıcı
ilə cilaladıqdan sonra, siz düzəlmiş
və düzəlməmiş hissələri asanlıqla
ayırd edə bilərsiniz və sancaqlarla
dartılmış hissələr aydın şəkildə
görünəcək. Sancaqlarla dartılmış
hissələrdəki kiçik nahamarlıqları
aradan qaldırın və fasonlu əyədən
istifadə edərək, panelin qabarmış
hissəsini düzəldin.
|
|
Şəkil 05-21: Fasonlu əyə ilə iş
|
(22)
|
Düzəlmiş hissələri orbital cilalayıcı
ilə cilaladıqdan sonra, siz düzəlmiş
və düzəlməmiş hissələri asanlıqla
ayırd edə bilərsiniz və sancaqlarla
dartılmış hissələr aydın şəkildə
görünəcək. Sancaqlarla dartılmış
hissələrdəki kiçik nahamarlıqları
aradan qaldırın və fasonlu əyədən
istifadə edərək, panelin qabarmış
hissəsini düzəldin.
|
|
Şəkil 05-22: Düzəldilmiş hissə
|
(23)
|
Panelin düzəldilməmiş hissəsi sancaq
qaynağından istifadə edərək
təkrar dartılmışsa, onun əvvəlki
vəziyyətini bərpa edin. Bu zaman
panel demək olar ki, düzəlmiş olur
və həddən artıq güclə dartınmır.
Sancaq çəkici ilə zəif güc tətbiq
etməklə, panel əvvəlki vəziyyətinə
qayıdaraq düzəlir.
|
|
Şəkil 05-23: Zəif güc tətbiq etməklə bərpa
işləri
|