|
Şəkil 05-11: Panelin çöl səthinin modifikasiyası
|
(11)
|
Çəkic, altlıq, bel, çökək aləti və
s. kimi alətlərdən istifadə edərək
yerinə yetirilən bərpa işi başa çatmışsa,
digər səthlər sancaq qaynağı
ilə tam şəkildə düzəldilir. Sancaq
qaynağı avadanlığından istifadə etməzdən
əvvəl, disk cilalayıcı aləti
ilə panelin səthindəki köhnə qatı
təmizləyin.
|
|
Şəkil 05-12: Qaynaq hissəsinin cilalanması
|
(12)
|
Panelin köhnə qatını disk cilalayıcı
ilə cilalayarkən, panelin
səthini elə cilalayın ki, köhnə qatın
qalıqları qalmasın. Əgər köhnə
qatın müəyyən qədər qalıqları varsa,
panelin səthi sancaq qaynağı
edilərkən, qalıqlar sıçramaların
meydana gəlməsinə səbəb ola bilər
və nəticədə panelin səthində dəliklər
əmələ gələ bilər. Köhnə qatı
cilaladıqdan sonra, panelin səthini
düzəltmək üçün sancaq qaynağından
istifadə etməklə deformasiya
olmuş hissələri çıxarın.
|
|
Şəkil 05-13: Qaynaq başlığı üçün tapançanın
istifadəsi
|
(13)
|
Sancaq qaynağından istifadə etməklə
panel səthini düzəldərkən
ehtiyatlı olun. Panelin modifikasiyası
ilk növbədə düzəldilməli olan
press xəttinin bir hissəsidir. Press
xəttini tam düzəltmədən panelin
çöl səthini düzəltsəniz, panelin çöl
səthi tam düzəlməyə və digər kiçik
deformasiyalar meydana gələ bilər.
Buna görə də ilk növbədə press
xəttini və sonra digər hissələri
düzəltməlisiniz.
|
|
|