3) Tam kilid vəziyyətinə döndərilmiş sükan çarxı:
Bu halda nasosun sürəti çox vaxt aşağı olacaq. Sükan çarxı tam kilid vəziyyətində döndərildikdə,
sükan mexanizminin idarəetmə klapanı bağlanır. Nasosdan mayenin axını bundan sonra sıfır
olacaq. Yaranan yüksək təzyiq birləşdirici keçid vasitəsilə idarəetmə klapanının yaylı tərəfinə
istiqamətlənir. Təzyiq buraxıcı klapanı açır və mayenin nasosun giriş tərəfinə keçməsinə imkan
verir. İdarəetmə klapanı daxilində təzyiq fərqi klapanı yaya tərəf hərəkət etməsinə və beləliklə,
tam verim axınının nasosdan resirkulyasiyası üçün portu açmasına səbəb olur. Qabaqcadan
müəyyənləşdirilmiş maksimum təzyiq idarəetmə klapanı bağlı qaldığı müddətcə qorunub saxlanılır.
Təcrübə mərhələləri:
Çıxarılma
1. Gücləndiricili sükan idarəetməsi mayesini
boşaldın.
2. Birləşmə blokunun birləşdirici boltunu
çıxarın.
|
Şəkil 10-4: Birləşdirici boltun çıxarılması
|
3.
|
Xüsusi alətdən (09568-4A000) istifadə
etməklə, sükan dartısının ucunun çarx
topundan ayırın.
|
|
Şəkil 10-5: Sükan dartısının ucunun
ayrılması
|
4.
|
Ön çəngəli və çarx topunun kürəvi
birləşməsini ön aşağı lingdən çıxarın.
|
5.
|
Ön və arxa yırğalanma dayandırıcısının
birləşdirici boltlarını çıxarın.
|
|
Şəkil 10-6: Birləşdirici boltların çıxarılması
|