Şəkil 04-11: Yağ nasosu
● Klapan gövdəsi
Klapan gövdəsi yağ təzyiqini hidrotransformatora vermək və hidrotransformatordan
ayırmaq üçün yağ nasosunun yaratdığı işçi yağ təzyiqi, elektromaqnit klapan və təzyiqə
nəzarət klapanı ilişmə muftası, əyləcə yağ təzyiqi vermək və ayırmaq üçün quraşdırılır ki,
ötürülmə tələb olunan mərhələyə uyğun olsun.
Şəkil 04-12: Klapan gövdələrinin müxtəlif növləri
D. İşçi mexanizm
İşçi mexanizm ilişmə muftası və əyləcdən təşkil olunur, ötürülmə ədədinin nəqliyyat vasitəsinin
idarə edilmə vəziyyətinə uyğun olmasına nəzarət edən cihazdır. Buna görə də işçi
vəziyyətlər üçün münasib olan sürət ədədi planetar dişli çarx dəstinin hansı hissəsinin qoşulması
(ilişmə muftası) və işçi elementlərlə bərkidilməsindən (əyləc) asılı olaraq əldə edilə
bilər.
Şəkil 04-13: İlişmə muftası və əyləcin konfi qurasiyası