seçmə mexanizminə birləşdirilir. Bir çox hallarda siz seçmə mexanizminə əlavə edilən kütlə
aşkar edəcəksiniz: bu, dişli çarxın dəyişdirilməsi zamanı çəki ilə yaradılan inersiya gücü
nəticəsində daha yaxşı dəyişdirmə hissi üçün quraşdırılır. Dəyişdirmə kabelləri (Şəkil 02-5)
pərçim ilə ötürülmə qutusunun korpusuna və sancaq/oymaq birləşməsi ilə seçmə mexanizminə
bərkidilir.
Şəkil 02-5: Dəyişdirmə kabelləri
4. Sinxronizator
Şəkil 02-6: Sinxronizatorun strukturu
Başlanğıcda dəyişdirmə mexanizmi əvvəldə göstərilən kimi sadə idi, lakin sadə konstruksiya
nəticəsində dəyişdirmə elə də asan deyildi. Dişli çarxın qoşulması topun və birləşdiriləcək dişli
çarxın eyni sürətini tələb edir. Əvvəlki vaxtlarda buna görə də dəyişdirmə təcrübəsiz sürücülər
üçün asan olmayan ikili ilişmə muftasının istifadəsini tələb edirdi. Dəyişdirməni təkmilləşdirmək
məqsədilə, ikili ilişmə prosedurundan istifadə etmədən dişli çarxı və topu eyni sürətə gətirmək
üçün sinxronizator mexanizmi (Şəkil 02-6) işlənib hazırlandı. Sağ tərəfdə sinxronizatorun iş
prinsipi göstərilir: dişli çarxı qoşmaq üçün oymağın dişləri aparıcı dişli çarxın dişləri ilə təmasda
olmalıdır. Aparıcı dişli çarx və top konusvari sahə ilə təchiz edilir. Dişlər bir-birinə toxunmazdan
əvvəl birinci konuslar toxunacaq. Bununla yaradılan sürtünmə gücü nəticəsində dişli çarx