üçün (vala heç bir çıxış aparıcı dişli çarx birləşdirilmir, hamısı sərbəst dönə bilər) bütün toplar
orta mövqedə olur. Dişli çarxı dəyişdirmək üçün dəyişdirmə lingi hərəkət etdirilir. Bu hərəkət
bundan sonra sağ tərəfdə dəyişdirmə sxemində göstərildiyi kimi, əlaqəli dəyişdirmə plankası
vasitəsilə dişli çarxda seçmə mexanizminin çəngəlinə ötürülür. Lingin sağa-sola hərəkət etdirilməsi
hərəkət etdiriləcək planka/çəngəli seçir; bundan sonra lingin irəli-geri hərəkəti sol və
ya sağ tərəf aparıcı dişli çarxı çıxış valına toxundurur: dişli çarx seçilir. Aşağı hissədə siz bu iş
prinsipi üzrə real nümunəni görə bilərsiniz.
Şəkil 02-3: Ötürülmə qutusunun dəyişdirmə mexanizmi
Şəkil 02-4: Dəyişdirmə blokirovkası
Daha yaxşı dəyişdirmə hissinə və dişli çarxların daha yaxşı qoşulmasına nail olmaq üçün dəyişdirmə
plankası çox vaxt xüsusi fiksatorlarla təchiz olunur. Bundan əlavə, sürücü tərəfindən iş
xətalarına yol verməmək üçün dəyişdirmə mexanizmi xüsusi blokirovka mexanizmlərinə (Şəkil
02-4) malik ola bilər. Bəzən təsadüfi arxaya gedişdən mühafizə tətbiq olunur və bu, arxaya gediş
ötürməsini birbaşa olaraq digər dişli çarxdan deyil, yalnız neytral vəziyyətdən seçmək imkanı
verir.
Faktiki avtomobil və ötürülmə qutusundan asılı olaraq, dəyişdirmə lingi ya birbaşa ötürülmə
qutusuna birləşdirilir, ya da mil, yaxud çox vaxt istifadə olunan dəyişdirmə kabelləri vasitəsilə