1.HİSG (Hibrid İşə Salma Generatoru)
HİSG ötürücü qayış vasitəsilə dirsəkli valın qasnağına
birləşdirilib və mühərriki işə salma və güc meydana gətirmə
funksiyalarını yerinə yetirir.
(A) İşə salmaya nəzarət
HEV modelləri elektrik nəqliyyat vasitəsi rejiminə keçdikdə,
mühərrik işə düşür.
(B) Mühərrikin sürətinə nəzarət
EV nəqliyyat vasitəsini idarə edərkən mühərriki və motoru
müvafiq şəkildə əlaqələndirmək üçün, HEV motor sürəti ilə
sinxronizə etmək məqsədilə mühərrikin sürəti qısa zamanda
artmalıdır və bundan sonra mühərrikin ilişmə muftası şok və
vibrasiyaları azaltmaq üçün dövrəyə qoşulur.
(C) Yumşaq enişə nəzarət
İşə düşərkən mühərrikin vibrasiyasını minimallaşdırmaq üçün
mühərrikin sürətinə nəzarət edilir.
(D) Gücün meydana gəlməsinə nəzarət
Yüksək-gərginlikli batareya səviyyəsi (DS) istinad səviyyəsindən
aşağıya düşdükcə mühərrik HİSG vasitəsilə elektrik istehsal
edərək, kənar müdaxilə ilə işə salınır. Meydana gəlmiş elektrik
enerjisi yüksək-gərginlikli batareya vasitəsilə təchiz olunur.