10. İdarəetmə təhlükəsizliyi sistemlərinin
diaqnostikası və təmiri
İşin məqsədi: Bu modulu bitirdikdən sonra tələbə:
1. Avtomobilin idarəetmə təhlükəsizliyi sisteminin yoxlanması və diaqnostikası yolu ilə
avtomobilin idarəetmə təhlükəsizliyi sisteminin quruluşunu/adını/iş prinsiplərini izah edə
biləcək;
2. Avtomobilin idarəetmə təhlükəsizliyi sisteminin yoxlanması və diaqnostikası yolu ilə avtomobilin
idarəetmə təhlükəsizliyi sistemini təmir edə biləcək.
Təcrübə materialları:
• Dəyişmə hissələri (əriyən qoruyucular, relelər, icra mexanizmləri, elektrik naqilləri
(naqillər və birləşdiricilər), sensorlar)
• Müştəri Razılaşması
• Avtomobil istehsalçısının istismar təlimatları və sxemləri
• İş prosesinin diaqramı
• İş nizamı
• Yoxlama üzrə istismar aktları, istinadlar
Avadanlıq və alətlər:
• Osilloqraf
• Ümumi diaqnostik avadanlıq
• Multimetr
• Əl alətləri, elektrik alətlər, hava alətləri
• Sökmə və quraşdırma üçün xüsusi alətlər
Təcrübə təhlükəsizliyi və ehtiyat tədbirləri:
• Tapşırığa başlamazdan əvvəl, tapşırıqların sırasını müəyyən edin və tapşırıq avadanlığını,
alətləri və istismar təlimatları materiallarını ətraflı şəkildə yoxlayın.
• Təlimə başlamazdan əvvəl təhlükəsizlik təlimi keçirin, yanğın hallarına qarşı
yanğınsöndürənləri hazır tutun və yanğın hallarının qarşısını almaq üçün yağ kimi
alışabilən maddələri təhlükəsiz yerdə saxlayın.
• Tapşırığa başlamazdan əvvəl və təcrübə vaxtı təcrübi sahənin ətrafını təmizləyin.
• Tapşırıq zamanı müvafiq alətlərdən istifadə edin və təcrübə vaxtı təhlükəsizlik və yanğınla
əlaqədar diqqətli olun.
• İdarəetmə təhlükəsizliyi üzrə verilənləri ölçməzdən əvvəl istehsalçının istismar kitabçası
və idarəetmə təhlükəsizliyi qaydaları ilə tanış olduğunuzdan əmin olun.
• Bolt qaykasını bərkidərkən, həddən artıq güc tətbiq etməyin, lakin dinamometrik açar
üçün müəyyən olunmuş fırlanma momenti ilə bərkidin.