açılır. Bu hal daha çox miqdarda soyuducu maddənin buxarlandırıcıya axmasına səbəb olur.
PF / PE<PS: Soyuducu maddənin axını artacaq. Əksinə, buxarlandırıcıdakı soyuducu maddənin
miqdarı yüksəldikcə, soyuducu maddə daha yavaş buxarlanacaq. Müvazinətləşdirici dövrədəki
temperatur aşağı düşərək, klapanın bağlanmasına səbəb olacaq. Bu hal daha az miqdarda soyuducu
maddənin dövr etməsi ilə nəticələnəcək.
PS>PF / PE:Soyuducu maddənin axını azalacaq
Havalandırmanın iş mərhələləri
Soyuducu maddənin dövranı aktivləşdirildikdə, yəni, havalandırma sistemi işə salındıqda;
kompressor soyuq, qazlaşmış soyuducu maddəni buxarlandırıcıdan çəkir, sıxır və kondensatora
ötürür. Sıxılma qazın temperaturunu yüksəldir. Kondensasiya nöqtəsinə çatdıqda (təzyiqdən
asılıdır, qaynama nöqtəsi cədvəlinə istinad edin), soyuducu maddə kondensasiyaya uğrayır və
mayeyə çevrilir. Kondensatordan daxil olan tamamilə mayeləşmiş soyuducu maddə quruducu
bloka bərkidilmiş çənə toplanır. Bu qurğunun funksiyası odur ki, yalnız rütubətdən tamamilə
təmizlənmiş maye buxarlandırıcıya ötürülsün. Sonra soyuducu maddə genişləndirici klapana
doğru axır.
High pressure (gaseous) – yüksək təzyiq (qaz halı)
High pressure (liquid) – yüksək təzyiq (maye)
Low pressure (gaseous) – aşağı təzyiq (qaz halı)
Low pressure (liquid) – aşağı təzyiq (maye)
Yüksək təzyiqli mayeləşmiş soyuducu maddə buxarlandırıcıya daxil olur, bu zaman təzyiq aşağı
düşür və soyuducu maddə buxarlanır. Buxarlanma üçün zəruri istilik buxarlandırıcının nazik
lövhəciklərindən keçən havadan əldə olunur və beləliklə, hava soyumuş olur. Buxarlandırıcıdan
çıxan tamamilə qazlaşmış soyuducu maddə kompressor tərəfindən çəkilir və təkrar sıxılır. Soyuducu
maddənin dövranı başa çatır.