Quruducunun məqsədi maye halına çevrilmiş soyuducu maddəni müvəqqəti olaraq saxlamaqdır.
O, həm də soyuducu mayeni kir və rütubətdən təmizləyir. Buxarlandırıcı və kondensatorlardakı
termal yük, kompressordakı çevrilmələrin sayı kimi müxtəlif istismar şəraitlərində soyuducu
maddə müxtəlif miqdarlarda sistem boyu hərəkət edir. Bu dəyişikliklərə uyğunlaşmaq üçün
quruducu blok quraşdırılır. Kondensatordan daxil olan maye burada toplanır və saxlanır, beləliklə,
yalnız zəruri miqdarda soyuducu maddə havanı soyutmaq üçün buxarlandırıcıya hərəkət
edir. Bundan əlavə, quruducu dövrandan müəyyən qədər suyu xaric edir, adətən suyun miqdarı
6-12q təşkil edir və miqdar temperaturdan asılı olaraq dəyişir. Aşağı temperaturlarda miqdar
daha yüksək olur.
Quruducu vasitə: R12 sistemlərində rütubəti aradan qaldırmaq üçün silikon geldən quruducu
vasitə kimi istifadə olunur, lakin R134a sistemlərində zeolit quruducu vasitə kimi istifadə edilir.
6. Genişləndirici klapan
|
Komponentlər / Növ
|
İMDŞ
|
TGK
|
Akkumulyator
|
O
|
X
|
Kompressor
|
O
|
O
|
Kondensator
|
O
|
O
|
İkiqat təzyiq keçiricisi
|
X
|
O
|
Buxarlandırıcı
|
O
|
O
|
Genişləndirici klapan
|
O
|
O
|
Aşağı təzyiqli keçirici
|
O
|
X
|
Şırnaqlı boru
|
X
|
X
|
Qəbuledici/Quruducu
|
X
|
O
|
Termostat
|
X
|
O
|
|
Thermal expansion valve type (TXV) - Termal Genişləndirici Klapan Növü (TGK)
Clutch cycling orifice type – İlişmə Dövretmə Şırnaqlı Növü (İMDŞ)
Inner equalizing type – daxili müvazinətləşdirici növ
External equalizing type – xarici müvazinətləşdirici növ
Təməl olaraq, biz iki növ soyuducu sistem fərqləndirə bilərik.
TGK növü: Termal genişləndirici klapan növü
İMDŞ növü: ilişmə muftasının dövretmə şırnaqlı növü
Yuxarıdakı cədvəl komponentlərdəki və iş prinsiplərindəki bəzi fərqləri təqdim edir.
7. İMDŞ soyuducu maddənin dövranı və komponentləri
Genişləndici klapan nəzarətindən fərqli olaraq maye soyuducu maddə sabit drossel qapağı ilə
buxarlandırıcıya daxil olur. Bu sabit şırnaq buxarlandırıcıya yaxın hissədə mayenin dövretmə
xəttində yerləşir və gövdənin giriş və çıxış borusunda yerləşən filter ekranlarına malikdir.
Maye soyuducu maddə sabit şırnaqlı boruda buxarlanmağa başlayır, çünki bu uyğun soyuma
dərəcəsinə nail olmaq üçün müvafiq miqdarda soyuducu maddənin buxarlandırıcıya daxil olmasına
imkan verir. Sabit şırnaqdan sonra soyuducu maddənin halı 100% maye olur. Mayenin
təzyiqi düşdükdə qaynamağa başlayır və bununla da istiliyi udur.
Bu istilik buxarlandırıcının soyuducu qabırğalarının üstündən keçən havadan ayrılır və hava
soyuyur. Təzyiq keçiricisi buxarlandırıcıya daxil olan soyuducu maddənin miqdarına nəzarət