Burada siz kompressora nəzarət mexanizmini görə bilərsiniz. Nəzarət klapanı kompressorun
giriş kamerasına, çıxış kamerasına və nəzarət kamerasına birləşdirilib. Nəzarət klapanının açılma
və bağlanma təzyiqi giriş təzyiqinin, çıxış təzyiqinin və klapan daxilindəki yayların tarazlığı
nəticəsində mexaniki şəkildə meydana gəlir. Soyuma yükü aşağıdırsa, maillik bucağı (ötürmə
miqdarı) aşağı düşür. Soyuma yükü yüksəkdirsə, bucaq və ötürmə miqdarı yüksəlir.
(4) Kompressorun ilişmə muftası:
Disengaged – ayrılmış
Engaged – birləşdirilmiş
Solenoid coil – solenoid sarğısı
Pulley – qasnaq
Hub – bort
Feather/spring plate – lələk/yay lövhəsi
Driveshaft – aparan val
İlişmə muftası solenoid sarğısından, qasnaqdan və sıxıcı və lələk/yay lövhəciyindən ibarət bortdan
ibarətdir. Solenoid sarğı birbaşa kompressorun gövdəsinə bərkidilib və qasnağın arxasında
yerləşir. Qasnaq kompressora yastıq vasitəsilə birləşdirilib və buna görə də müstəqil şəkildə fırlana
bilər; mühərrik fırlanmağa başlayan anda yastıq qayış vasitəsilə hərəkətə gətirilir. Bort kompressorun
intiqal valına birləşdirilib və lələk/yay lövhəciyinə malikdir. Soyutmaya ehtiyac duyulduqda,
solenoid sarğısına enerji verilir və maqnit sahəsi meydana gələrək, yay lövhəciyi cəzb
olunur və beləliklə yastığa birləşir. Bu vəziyyətdə kompressorun valı hərəkətə gəlir. Buna görə də
soyuducu maddə dövr etməyə başlayır və soyuma meydana gəlir. Kompressoru söndürmək üçün
solenoidə enerji verilir, maqnit sahəsi aradan qalxır və lələk/yay lövhəciyi qayıdış yayları vasitəsilə
yastıqdan ayrılır, beləliklə, lələk/yay lövhəciyi intiqal valına təsir etmədən müstəqil şəkildə hərəkət
edir. Kompressorun ilişmə muftasının sarğı dövrəsində təhlükəsizlik məqsədilə termal qoruyucu
yerləşdirilib. İstilik müəyyən səviyyəyə çatdıqda (təxminən 180°C), termal qoruyucu partlayır. Bu,
solenoidə enerji təminatını dayandırır və qasnaq müstəqil şəkildə hərəkət edərək, ilişmə muftasının
yastığını, qasnağı və qayışı zədələmir. Qoruyucu partladıqdan sonra solenoid dəyişdirilməlidir.
Meydana gələn istənilən ilişmə muftası sürüşməsinə səhv ara boşluğu və ya ilişmə muftasına aşağı
gərginlik ötürülməsi kimi nasazlıqlarla əlaqədar nəzarət edilməlidir. Həddən artıq kiçik ara boşluğu
lövhəcikləri cıza bilər; həddən artıq böyük ara boşluğu maqnit sahəsinin zəifləməsinə səbəb ola
bilər. Bu hallar yoxlanmışsa və nasazlıq aşkar edilməmişsə, lakin ilişmə muftası işə düşmürsə, dəyişdirilməlidir.
Maqnit ilişmə muftasının təxminin axın sərfiyyatı 12 voltda təxminən 3 amperdir.
Termal qoruyucunun vəziyyətini müəyyən etmək üçün ilişmə muftasının sarğısının müqavimətini
(3.0 – 3.2 Om) yoxlayın və zəruri olduqda, ilişmə muftasının sarğısını dəyişin.