Mayenin qaynama nöqtəsi cədvəllərdə göstərilib və həmişə 1 bar atmosfer təzyiqinə istinad
edir. Mayeyə göstərilən təzyiq dəyişdikdə, onun qaynama nöqtəsi də dəyişir. Bütün homogen
mayelər buna uyğun olaraq dəyişir. Buxar təzyiqi qrafikindən görmək olar ki, məsələn, davamlı
təzyiq və temperaturda azalma ilə buxar mayeyə çevrilir (kondensatorda). Təzyiqi azaltmaqla,
mayenin soyuducu maddəsi buxar halına keçir (buxarlandırıcıda). Buxarlanma prosesi nəqliyyat
vasitələrindəki havalandırma sistemlərində istifadə olunur. Bu hal soyuducu maddələrin qaynaması
ilə asanlıqla meydana gəlir. Tətbiq olunan soyuducu maddələrə -29.8°C-də qaynayan
R12 və -26.5°C-də qaynayan R134a aiddir. Göstərilmiş qaynama nöqtələri normal atmosfer
təzyiqindəki qaynama temperaturuna (760 Torr = 1013.25 millibar) uyğun gəlir.
10.R 12 əvəzləyiciləri üçün tələb olunan dəyişikliklər
Differences in properties – xüsusiyyətlərdə dəyişikliklər
Problem – problem
Doesn’t dissolve in existing compressor oil (cant lubricate) – mövcud kompressor yağında həll olmur (sürtünmə
yaranmır)
Existing sealing material is soluble in R134a (refrigerant leakage occurs) – mövcud kipləşdirici material R134a maddəsində
həll olur (soyuducu maddənin sızıntısı meydana gəlir)
Admits moisture easily (easily rusts inside) – rütubəti asanlıqlı udur (daxildə asanlıqla paslanır)
Modification – modifikasiya
Compressor oil – kompressor yağı
Use new compressor oil – yeni kompressor yağından istifadə edin
Seal material – kipləşdirici material
Use new seal material – yeni kipləşdirici materialdan istifadə edin
Change hose material – şlanq materialını dəyişin
Desiccant - quruducu
Change desiccant – quruducunu dəyişin
R12 maddəsinə alternativ olaraq hazırlanmış R134a R12 ilə müqayisədə aşağıdakı xüsusiyyətlərə
malikdir: ənənəvi sürtkü yağları (kompressor yağı) ilə uyğunluğu aşağıdır. Suda həll
olma qabiliyyəti yüksəkdir və şişmə, bərkitmə və şlanq materiallarından keçirmə qabiliyyəti
yüksəkdir. Yeni R134a soyuducu maddəsi R12 xüsusiyyətlərindən fərqli xüsusiyyətlərə malik
olduğu üçün müvafiq dəyişikliklər edilməlidir. R134a R12 ilə işləyən havalandırma sisteminə
doldurulduqda, kompressorun qıfıl vəziyyətinə düşməsi və ya soyuducu maddənin sızması kimi
problemlər meydana gələcək. Buna görə də səhv qaz dolmasının meydana gəlməməsi üçün
əks tədbirlər görülməkdədir, bu tədbirlər xüsusiyyətlərdəki fərqlər səbəbi ilə edilən dəyişikliklərlə
birlikdə yerinə yetirilmişdir. Xüsusiyyətlərdəki fərqlər aşağıdakılardır: ətraf mühitin
temperaturu yüksəldikdə təzyiq və yük artır (zəif soyuma ilə nəticələnir). Sistemin səmərəliliyinin
yüksəldilməsi, maqnit ilişmə muftasının və kondensatorun dəyişdirilməsi, təzyiq keçiriciləri,
genişləndirici klapanlar və s. kimi hissələr üçün sazlama göstəricilərinin dəyişdirilməsi ilə
uyğunlaşdırılıb. Satışdan sonrakı xidmətlər üçün: soyuducu maddə, yağ və O-halqasını dəyişdirmə imkanı