5. Havalandırmanın iş prinsipi
|
Removing heat – istiliyin ayrılması
Vapor – buxar
Evaporates – buxarlanır
Condenses – kondensasiyaya uğrayır
Liquid – maye
Absorbing heat – istiliyin udulması
Refrigerant – soyuducu maddə
|
Havalandırma sisteminin necə işlədiyini başa düşmək üçün biz sistemin komponentlərini təqdim
etməli və onların bir-birilə necə əlaqədar olduğunu bilməliyik. Havalandırma sisteminin əsas
komponentlərindən danışarkən, biz həm də sistemin yüksək təzyiq konturu və aşağı təzyiq konturu
terminlərini başa düşməliyik. Hər bir havalandırma sisteminin əsas komponentləri həmçinin
sisteminin yüksək təzyiq və aşağı təzyiq konturu ilə əlaqəli olacaq.
Yüksək Təzyiq Konturu:
Yüksək təzyiq konturu sistemin elə bir hissəsidir ki, orada təzyiq yüksək olur. Yüksək təzyiq
(və temperatur) meydana gətirmək kompressorun işidir ki, R1234a kondensasiya edə və istiliyi
kondensatora ötürə bilsin. Təzyiq fərqi genişləndirici klapanda meydana gəlir – kompressordan
sonra bu hissə yüksək təzyiq və aşağı təzyiq sahələri arasındakı ikinci ayırma nöqtəsidir.
Aşağı Təzyiq Konturu:
Aşağı təzyiq konturu havalandırma sisteminin aşağı təzyiq və aşağı temperatura malik
olduğu
hissədir. R134a buxarlandırıcı vasitəsilə genişləndirici klapandan kompressorun giriş hissəsinə
qədər aşağı təzyiq sahəsində olur. Bu vəziyyət istiliyin avtomobilin içindən daha soyuq R134a
maddəsinə və beləliklə kabinin xaricinə ötürülməsinə imkan verir.
Ümumi:
Havalandırma sistemi çöldən daxil olan hava buxarlandırıcıdan keçərkən istiliyi ayırır və sərin
hava bölməyə daxil olur. Daxildəki isti hava istiliyin bir hissəsini yeni daxil olmuş sərin havaya
ötürür. Bununla da bölmə ümumilikdə soyuyur. Soyutma prosesi dövranının trayektoriyası
havalandırma
sisteminin iş prinsipini göstərir: Soyutma prosesi qapalı dövrədə dövr edir və
daima maye və qaz halları arasında dəyişir. Bununla da istilik daxildən çıxarılaraq çölə ötürülür.
Soyutma prosesi, əsasən, beş əsas hissədən ibarətdir: kompressor, kondensator, quruducu/ toplama
çəni, genişləndirici klapan, buxarlandırıcı. Hissələr qapalı soyutma dövrəsi ilə əlaqələndirilib
və soyuducu maddə bu dövrədə hərəkət edir. Kompressora daxil olan soyuducu maddə qaz
halındadır, sonra qaz sıxılır, istiliyin emissiyası ilə kondensasiyaya uğrayır və mayeyə çevrilir.
Genişləndirici klapana çatdıqda təzyiq aşağı düşür, beləliklə, maddə istiliyi udaraq buxarlanır
(buxarlandırıcı daxilində). Qaz halında olan maddə yenidən kompressora daxil olur və dövrə
təkrar başlayır. Soyutma dövrəsi yüksək təzyiq və aşağı təzyiq (seyrəlmə bölməsi) dövrələrinə
bölünüb. Ayrılma nöqtələri kompressor, klapan lövhəsi və genişləndirici klapandır.