Buxarlanmanın Gizli İstiliyi
Maye buxarlanmasının gizli istiliyi qaynama nöqtəsindəki 1 kq mayeni buxarlandırmaq üçün
tələb olunan istiliyin J miqdarıdır. Buxarlanmanın gizli istiliyi təzyiqdən asılıdır. Məsələn:
100°C temperatura malik (dəniz səviyyəsində) 1 kq suyun konteynerinə istilik əlavə edildikdə,
su termometrin göstəricisini dəyişmədən 1023 kJ gizli istiliyi udacaq. Lakin aqreqat halı maye
halından buxara dəyişəcək. Udulan istilik “Buxarlanmanın gizli istiliyi” adlanır. Buxarın 1023
kJ istiliyi olacaq, çünki bu istilik aqreqat halının dəyişməsi üçün tələb olunan istilik miqdarıdır.
Kondensasiyanın Gizli İstiliyi
Yuxarıdakı proses əks istiqamətdə getdikdə və 100°C temperatura malik (dəniz səviyyəsində)
bir kq sudan istilik ayrıldıqda, buxar termometrin göstəricisini aşağı salmadan 1023 kJ istilik
yayacaq. Lakin aqreqat halı buxardan maye halına keçəcək. Yayılan istilik “kondensasiyanın
gizli istiliyi” adlanır.
İstiliyin Ölçülməsi
Temperatur və ya istiliyin İNTENSİVLİYİ termometrlə ölçülür. Bəzi hallarda həm Selsi (°C),
həm də Farenheyt (°F) istifadə olunsa da, bu kitabçadakı istinadların çoxu Selsi ilə ifadə olunub.
Temperatur göstəricisi bizə istiliyin həqiqi miqdarını yox, yalnız maddənin istilik intensivliyini
və ya FİZİKİ İSTİLİYİNİ göstərir. Sadə insan 21-27°C temperaturda özünü rahat hiss edir.
Bu temperatur aralığı özümüzü ən rahat hiss etdiyimiz temperaturdur. Temperatur bu aralıqdan
yuxarı və ya aşağıdırsa, biz temperaturu isti və ya soyuq kimi qəbul edirik. Alimlər bildirir ki,
“mütləq sıfır” əşyadan bütün istiliyin ayrıldığı temperaturdur. Bu nöqtə –273°C kimi müəyyən
olunub. Bu mütləq temperaturdan yüksək temperatura malik hər hansı obyekt müəyyən istiliyə
malikdir. Havalandırmanı başa düşmək üçün təzyiq və onun temperaturu və maddənin quruluşu
ilə əlaqəsini bilmək lazımdır. Yaşadığımız dünya hava və ya qaz ilə əhatə olunub. Qaz bütün
istiqamətlərdə eyni qüvvətlə təzyiq göstərir. Bizi əhatə edən qaz 21% oksigendən və 78% nitrogendən
ibarətdir. Qalan 1% digər nadir qazlardan təşkil olunub. Bu qazların kombinasiyası
atmosfer adlanır, yer kürəsinin səthindən bir neçə yüz kilometr hündürlüyə qədər davam edir və
cazibə qüvvəsi ilə orada qalır. Dəniz səviyyəsində atmosfer təzyiqi 1.0 bar-dır və suyun qaynama
temperaturu 100°C-dir. Biz dəniz səviyyəsindən yüksəkdə olsaq, atmosfer temperaturu və
suyun qaynama temperaturu daha aşağı olur. Əgər təzyiq 0.38 bar-a qədər azalsa, suyun qaynama
temperaturu 75°C olacaq. Təzyiq 0.12 bara düşsə, suyun qaynama temperaturu 50°C olacaq.
Suyun qaynama nöqtəsi təzyiqin azalması ilə dəyişirsə, deməli, təzyiqin artması suyun qaynama
temperaturunu yüksəldəcək. MƏSƏLƏN, BUXAR QAZANI!
Əlavə məlumat: Farenheyti Selsiyə və ya əksinə necə çevirməli: C = 5/9 x (F-32) F = (9/5xC)+32
Kelvin = C +273 Renkin = F + 460
4.Temperatur və təzyiq
Təzyiqlə istiliyin əlaqəsi: havalandırma sisteminin soyuducu maddəsinin təzyiq-temperatur
əlaqəsini bilmək çox vacibdir. Soyuducu maddənin təzyiqi aşağıdırsa, onun temperaturu da
aşağı olacaq. Əksinə, əgər təzyiq yüksəkdirsə, temperaturu da yüksək olacaq. Bu deməkdir ki,
məsələn, temperaturun yüksəlməsi təzyiqi yüksəldəcək və təzyiqin yüksəlməsi də temperaturu
yüksəldəcək.
Məsələn, velosipedin hava nasosu. Bunu yadda saxlamaq vacibdir, çünki təzyiqin, həmçinin
temperaturun dəyişməsi havalandırma sisteminin işləməsi üçün mühüm əhəmiyyət kəsb edir.
|
Water is not boiling – su qaynamır
Water temperature above 100°C – suyun
temperaturu 100°C-dən yuxarıdır
Pressure cap installed – təzyiq tıxacı quraşdırılıb
Pressure cap removed – təzyiq tıxacı çıxarılıb
Vapor pressure diagram – buxar təzyiqinin qrafiki
Water - su
liquid – maye
gaseous – qaz halı
|