Müasir avtomobil alternatoru altı dioddan ibarət quraşdırılmış düzləndirici sxeminə malik üç
mərhələli generatordur (2-ci səviyyədə bu sxemi yaxından öyrənəcəyik). Qasnaq mühərrikin
dirsəkli valına birləşdirilmiş ötürücü qayış vasitəsilə dönməyə başladıqda, maqnit, adətən, Y konfiqurasiyasına
birləşdirilmiş üçfazalı sarğılardan (stator) keçərək fırlanmağa başlayır. Fırlanan
maqnit əslində daimi maqnit deyil, elektromaqnitdir. Alternatorlar bu yolla hazırlanır ki, istehsal
olunan gərginliyə rotorun sürətindən asılı olmayaraq nəzarət etmək məqsədilə maqnit sahəsinin
qüvvəsinə nəzarət etmək mümkün olsun. Bu rotor maqnit sarğısına (həyəcanlandırma sarğısı)
batareya vasitəsilə enerji verilir, beləliklə elektrik enerjisinin bir hissəsini alternatora ötürərək
böyük həcmdə enerji istehsal edilməsinə səbəb olur. Elektrik enerjisi stasionar karbon “fırçaları”
ilə birləşdirilmiş, konsentrik şəkildə vala quraşdırılmış mis “kontakt halqaları” cütü vasitəsilə fırlanan
həyəcanlandırma sarğısına ötürülür. Fırçalar yayın təzyiqinin təsiri ilə kontakt halqaları ilə
sıx təmasda saxlanılır. Bir çox müasir alternatorlar istehsal olunan gərginliyə nəzarət məqsədilə
batareya
enerjisini rotor sarğısına avtomatik şəkildə ötürən və dayandıran “tənzimləyici” dövrələrlə
təchiz olunub. Təcrübə üçün seçdiyiniz alternatorda bu dövrə mövcuddursa, bu hissəyə ehtiyacınız
yoxdur və qurğu üzərində saxlandıqda sizin öyrənməyinizə mane olacaq. “Cərrahi yolla” bu
hissədən qurtulmağa cəhd edin, fırça terminallarının girişini açıq qoyduğunuzdan əmin olun ki,
tam şəkildə quraşdırılmış alternator vasitəsilə həyəcanlandırma sarğısına enerji ötürə biləsiniz.
Bəzi alternatorlar qayışa mənfi təsirlərə yol verməmək üçün müstəqil şəkildə işə düşən qasnaq ilə
təchiz olunublar. Bu, ona görə baş verir ki, mühərrik həmişə sabit sürətlə hərəkət etmir və yanma
ilə əlaqədar sürətdə dəyişikliklər müşahidə olunur.
Doldurma sistemində artıq problemlər mövcuddursa, sistem nəqliyyat vasitəsinin sıradan çıxma
vaxtını tezləşdirir, buna görə də sistemin vəziyyətini müntəzəm şəkildə yoxlamaq lazımdır. Əsas
yoxlanmalı göstəricilərə maye səviyyəsi, turşunun sıxlığı (bütün növ akkumulyatorlarda mümkün
olmur) və ötürücü kəmirin gərginliyidir. Sistemlə əlaqədar problemlər yarandıqda istehsal olunan
gərginliyi yoxlamaq tələb oluna bilər.
Qeyd: gərginliyin rektifikasiyasının işləmə prinsipləri və s., həmçinin bu hissələrin yoxlanma
üsulları 2-ci Elektrik səviyyəsində təsvir olunub.
Rotor – rotor
Stator – stator
Rectifier – düzləndirici
Direct current – sabit cərəyan
Stator coil – stator sarğısı
Alternating current – dəyişən cərəyan
Slip ring – kontakt halqaları
Regulator – tənzimləyici
Load – yük
Brush - fırça