akkumulyatorun işə düşmə fəaliyyəti və bacarığı zəifləyir, çünki bu şəraitdə kimyəvi
prosesin sürəti yavaşlayır. Yüklənmə olmadan tam doldurulmuş akkumulyatorun hücrəsi
təxminən 2,2 volt-a çata bilər, hücrənin təzyiqi 1,75 volt olduqda akkumulyator boşalmış hesab
olunur. Boşalmış halda sıxlıq cəmi 1,16q/sm3 təşkil edir. Dolmuş vəziyyətdə müsbət disklər
qurğuşun peroksiddən (PBO2), mənfi disklər isə saf qurğuşundan ibarət olur və elektrolit distillə
edilmiş suda həll olmuş kükürd turşusundan (H2so4) ibarət olur. Akkumulyator elektrik yükü
ilə yükləndikdə, kimyəvi reaksiya meydana gəlir. Elektrolitdəki sulfat molekulları parçalanır
və mənfi və müsbət disklərə birləşir. Eyni zamanda, müsbət disklərin qurğuşun peroksidindən
ayrılmış oksigen atomları elektrolit məhluluna doğru hərəkət edərək, burada hidrogen atomları
ilə birləşir və H2O (su) əmələ gətirir. Disklərə doğru hərəkət edən sulfat molekulları və məhlula
doğru hərəkət edən oksigen atomları enerji meydana gətirir ki, bu enerji istifadəçiyə ötürülür.
Bu reaksiya nəticəsində turşunun sıxlığı azalır və bu hal akkumulyatorun dolma vəziyyətinin
göstəricisi kimi istifadə oluna bilər. Akkumulyator tamamilə boşaldıqda, hər iki disk qurğuşun
sulfatla (BbSO4) örtülü olur və məhlul sudan ibarət olur (buna görə də boş akkumulyator dona
bilər). Akkumulyator tam dolduqda, proses əks istiqamətdə baş verir və disklərdəki PbSO4
PBO2 və PB maddələrinə, su isə PbSO4 maddəsinə çevrilir.
Charged condition – dolu vəziyyət
Discharging – boşalma
Discharged condition – boş vəziyyət
Charging - doldurma
Charging devices – doldurma cihazları
Tam dolma və tam boşalma vəziyyəti iki əks qütblər təşkil edir. Adətən, akkumulyator qismən
dolmuş və ya qismən boşalmış halda olur. Məsələn, akkumulyator 25% dolu ola bilər, bu deməkdir
ki, kimyəvi reaksiyanın 25%-i meydana gəlmişdir və akkumulyatorun 75%-i ilkin kimyəvi
vəziyyətə malikdir. Akkumulyator tam dolmuşsa, lakin doldurulmağa davam edirsə, batareya
hidrogen (partlayıcı qaz!) azad edir, çünki elektrolitdəki su kimyəvi yolla parçalanır. Bu hal həddən
artıq doldurulma adlanır.
TƏHLÜKƏSİZLİK
Akkumulyatoru yoxlayarkən və ya texniki xidmət göstərərkən, təhlükəsizlik həmişə diqqət
mərkəzində olmalıdır. Elektrolit kükürd turşusundan ibarətdir. O, sizin geyiminizi parçalaya
bilər. Dərinizi yandıra bilər. Gözünüzə düşdükdə, görmə qabiliyyətinizi itirə bilərsiniz. O, həm
də avtomobilin görünüşünü və örtüyünü məhv edə bilər. Elektrolit dərinizə və ya gözlərinizə
atıldıqda, dərhal çoxlu miqdarda su ilə maddəni yuyub təmizləyin.