İNŞAAT
(3) Müvəqqəti çərçivələrin mövqeləndirilməsi
Müvəqqəti çərçivələrin qurulmasında ən vacib məqam üfüqi hissələrin bir-biri ilə səviyyələndirilməsidir, çünki kontur xətləri müvəqqəti çərçivələr üzərində yerləşir. Bənna hər bir çərçivənin tələb olunan dəqiq hündürlükdə olmasını təmin etmək üçün tranzit səviyyədən istifadə edir. Müvəqqəti çərçivələrin qurulmasında ən ümumi məqam odur ki, çarpaz hissələr bir-biri ilə dəqiqliklə eyni səviyyədə olmur. Xəta üçün marjinal ölçü yoxdur.
(4) Şaquli müvəqqəti çərçivələr
Müvəqqəti çərçivələrin şaquli hissələri dəqiqliklə şaquli olmalı deyil. Bu çərçivələrin məqsədi çarpaz hissələrin birləşdirilməsi üçün zəmin yaratmaqdır. Şaquli hissələr stabil olmalıdır. Bünövrənin divarları üzüyuxarı olduqda şaquli hissələr də hündür olmalıdır. Bunun üçün də müvəqqəti çərçivələrinqurulması tövsiyə olunur.
Bünövrə üçün yer qazıldıqda künc dirəklər da çıxarılır. Yer qazıldıqdan sonra künc xətti təməl beton səth üzərinə qoyulur. Bu zaman müvəqqəti çərçivələr dayaq lövhələri üzərindəki mismarlar ətrafında ipləri sarımaqla bünövrənin mərkəzi xəttinin tapılmasında istifadə olunur.