Memarlıq çertyojunun çəkilməsi və mebelin hazırlanması

Şəkil 2: Rəndə dəzgahı

Diskli kəsici dəzgahlar ağac materialları kəsmək və yarmaq üçün istifadə olunur. Bu günlərdə bu dəzgah olduqca düzgün işləyən volfram karbid başlığı ilə təchiz edilmişdir. Bir çox taxta dəzgahlarında olduğu kimi, işçi barmağına zərər verməmək üçün çox diqqətli olmalıdır. Ümumiyyətlə, dəzgah kəsmə-yarma işləri üçün effektivdir. Amma taxtanı yardırdıqda, işçi əlinin əvəzinə təhlükəsizlik çubuğundan istifadə etməlidir.

Rəndə dəzgahı 2-ci şəkildə göstəriliyi kimi taxta səthinin yonulması üçün istifadə olunur, lakin bu dəzgah nəzərdə tutulan qalınlığa qədər yonmur. Əgər işçi taxtanı arzu etdiyi qalınlığa qədər yonmaq istəyirsə, o zaman qalın rəndə dəzgahından istifadə edir. İşçilər rəndə dəzgahları ilə işlədikləri zaman əllərinə zərər verməmək üçün diqqətli olmalılar. 3-cü şəkildə çoxfunksiyalı taxta emalı dəzgahı göstərilmişdir. Bu dəzgah rəndə, diskli kəsici və rəndə dəzgahı kimi işlədilir.

Şəkil 3: Çoxfunksiyalı qalın rəndə dəzgahı